Paşinyandan təkzibə təkzib…Paşinyan, hərbi yardım istədiyini açıqladı

Xatırladaq ki, Kremlin məbuat katibi Dmitri Peskov Paşinyanı təkzib edərək demişdi: «Ermənistan baş naziri Nikol Paşinyan telefon söhbətində Rusiya Prezidenti Vladimir Putindən kömək istəməyib».

Onun sözlərinə görə, Putin Paşinyana üçtərəfli razılaşmaların bütün müddəalarının, ilk növbədə atəşkəsin yerinə yetirilməsinin vacibliyini çatırıb.

“Lakin Ermənistanın baş naziri telefon söhbətində Sünik bölgəsindəki vəziyyətlə əlaqədar Putindən kömək istəməyib. O, sərhəddəki vəziyyətdən narahat olduğunu dedi”, — Peskov bildirib.

Bunun ardınca BBC-nin verdiyi məlumata görə, Ermənistan Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan Ermənistan parlamentinin Zəngəzur bölgəsinin Sünik vilayətində vəziyyətin gərginləşməsi ilə bağlı keçirilən iclasında bəyan edib ki, hərbi yardım xahişi ilə Rusiya Prezidenti Vladimir Putinə müraciət edib.

Onun sözlərinə görə, Azərbaycan silahlı qüvvələrinin Ermənistan ərazisini mayın 14-də tərk etməsi haqqında razılıq əldə olunub, lakin razılığa əməl olunmayıb.

«Razılaşma qismən yerinə yetirilib, azərbaycanlılar bəzi ərazilərdən çıxmayıblar. Buna görə, Rusiya ilə Dostluq, Əməkdaşlıq və Qarşılıqlı Yardım haqqında 1997-ci il və Ermənistan-Rusiya Hərbi Qruplaşması haqqında müqavilələrə əsasən, mən, o cümlədən, hərbi yardım üçün Rusiya prezidentinə müraciət etmişəm», — Paşinyan deyib.

Belə çıxır ki, ya Peskov, ya da «telefon diplomatiyası ustası» Paşinyan yalan danışır. Hər halda söz Peskovdadır…

Fedai.az Araşdırma Qrupu

Bu xəbəri paylaşın: