102-ci bazanın Zəngəzurda bölməsi yaradılır

Gümrüdəki 102-ci bazanın qüvvələri Zəngəzur (Sünik və Geqarkunik) mahalına atılır.

Bu məlumatı “Verelq” saytı öz mənbələrinə istinadən yayıb.

“Çoxları mayın 14-də Cənub Hərbi Dairəsinin komandanı Aleksandr Dvornikovun Ermənistana gəldiyini gözdən qaçırdı. O, artıq müdafiə naziri səlahiyyətlərini icra edən Vaqarşak Arutyunyanla görüş keçirib. 102-ci baza Dvornikova tabedir. O, bu bazanın fəaliyyətini koordinasiya edir”.

102-ci bazanın Zəngəzurda dayaq məntəqəsinin yaradılması qərarının qəbul edildiyini Nikol Paşinyan bir müddət öncə bəyan etmişdi.

Bu xəbəri paylaşın: