Ölkəsiz qondarma prezidentin Qarabağda sərgüzəştləri davam edir

Ölkəsiz qondarma prezident Arayik Arutyunyan 18 mayda «müdafiə nazirliyini» ziyarət edib və yüksək komandan heyəti ilə görüş keçirdi.

Quldurbaşının məlumat şöbəsindən Armenpress-ə bildirilib ki, ordunun inkişafı, ölkənin müdafiə qabiliyyəti, həmçinin ordunun sosial şəraitinin yaxşılaşdırılması ilə bağlı məsələlər müzakirə edildi.

Arayik öz missiyalarının fədakarlıqla yerinə yetirilməsinə və «vətəni Türkiyə-Azərbaycan təcavüzündən» bacardıqları qədər müdafiə etdiklərinə görə «müdafiə ordusunun» bütün tərkibinə dərin minnətdarlığını bildirdi.

“Ləyaqətli və sabit bir sülh gündəliyi ilə çıxış edirik, lakin bunun üçün təhlükəsizlik zəmanətləri də lazımdır. Bu səbəbdən müdafiə ordusu daha təsirli olub, olur və daha da səmərəli olacaqdır.

Planlaşdırılan islahatlar nəticəsində müqaviləli hərbi qulluqçuların mühüm rol oynayacağı peşəkar bir ordu yaradılacaq”- deyən dövlət başçısı Artsaxın təhlükəsizlik sisteminin ardıcıl və sürətlə təkmilləşdirilməsi üçün maksimum səylərin göstəriləcəyini söylədi.

Hərbçilərin sosial və yaşayış şərtlərinin yaxşılaşdırılmasından danışan quldurbaşı Arutyunyan, 2023-cü ilə qədər Ermənistan Respublikası hökumətinin səmərəli iştirakı ilə xidmət edən zabitlər və hərbi təqaüdçülər üçün mənzil probleminin tam həll ediləcəyini, əlavə işlərin də görüləcəyini vurğuladı. Hərbi qulluqçulardan ölənlərin ailələri, əlillərin sosial təminat və sosial vəziyyətini yaxşılaşdırmaq məqsədi ilə tədbirlər həyata keçirilir.

Arayik Arutyunyan Şuşa bölgəsinin Mets Şen, Xin Şen, Yehtsox və Lisaqor kəndlərini ziyarət etdi. Arutyunyan İctimai Televiziyanın yaydığı hesabatını Facebook səhifəsində yayımlayıb.

P.S. Üzdəniraq Araikin sərgüzəştləri davam edir. Cinayət işi qaldırmışdıq, ruslar da gəlib erməni qanunsuz hərbi birləşmələrini bizim ərazilərdən çıxarasıydı. Hələ ki, ruslar aldığımız rayonların yollarının zəbt olunmasıyla məşğuldur. Yəni başları qarışıqdı…

Bu xəbəri paylaşın: