Heç kim unudulmayacaq!

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Sabirabad rayon şöbəsinin üzvləri şəhidlərimizin yad edilməsi tədbirlərini davam etdirib.


Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Sabirabad rayon şöbəsinin sədri Faiq Hüseynov məlumat verib.

Faiq Hüseynov bildirdi ki, şəhid Muradov Elxan Murad oğlunun (Ahıska turkü) doğum gününü doğulduğu Sabirabad rayonu Əhmədabad kənd qəbristanlığında məzarı başında qeyd olunub.


AVMVİB Sabirabad rayon şöbəsinin sədri Faiq Hüseynov, Ramazan bayramı ərəfəsində rayonun müxtəlif ərazilərində yaşayan, övladı olan altı nəfər şəhidimizin ailələrini ziyarət etdiklərini qeyd edib.

F. Hüseynov bu cür xeyirxah işlərdə daimveteranlarla birgə və dəstək olan fəxri üzvümüz Nadir Quliyev də butədbirlərdə yaxından iştirak edib.

Həmçinin mərasimdə Sabirabad rayon Gənclər və İdman idarəsinin rəisi, təşkilatımızın Fəxri üzvü Nadir Quliyev başda olmaqla, rayon idarə, müəssisə, təşkilatların nümayəndələri, kənd camaatı və kənddə yaşayan müharibə veteranları iştirak ediblər.


Faiq Hüseynov arxada övladları bizlərə əmanət qalmış şəhidlərimizin siyahısını təqdim edib:

1. Pənahov Bəhram, 3 övladı qalıb;

2. Ənnağıyev Babək, 2 övladı qalıb;

3. Cəfərov Mətləb (leytenant), 2 övladı qalıb;

4. Qarayev Süleyman, 2 övladı qalıb;

5. Məmmədov Anar (mayor), 2 övladı qalıb;

6.Hümbətov Şahin, 2 övladı qalıb…


AVMVİB) Sabirabad rayon şöbəsinin sədri Faiq Hüseynov bildirdi ki, qazilər də diqqətdən kənarda qalmayıb. Ramazan bayramı günü 4 nəfər yaralı qazi ailəsi də, AVMVİB-nin Fəxri üzvü «Əminlər» şirkətinin rəhbəri Məmməd Mənsimovun maddi dəstəyi ilə ziyarət olunub.
Qazilərimiz Qəhrəmanov Tural, Dəmirov Yusif (baş leytenant), Mehtiyev Elməddin, Əhmədli Rəşada da baş çəkilib. Onların problemləri ilə maraqlanıblar.

AVMVİB) Sabirabad rayon şöbəsinin sədri Faiq Hüseynov bildirdi ki, bundan sonra da bu mərasimləri davam etdirmək niyyətindəyik. Müharibə veteranları illərdir ki, şəhidlərimizin unudulmaması üçün çalışmaqdadır. Bu işlərin görülməsində bizə yardımçı olan hər kəsə öz minnətdarlığımı bildirirəm.


Elnur Səlim

Bu xəbəri paylaşın: