Azərbaycan hərbçiləri Geqarkuniklə şərq sərhədində daha bir yüksəkliyi nəzarətə götürüb.
Bu barədə “Razminfo” erməni dezinformasiya saytı sosial şəbəkələrdə yayılan videoya əsasən məlumat yayıb.
Bildirilir ki, videonun çəkildiyi yerdən görünür ki, Kut kəndindən təxminən 6 kilometr şimal-şərqdə olan yüksəklik artıq Azərbaycanın nəzarətindədir.
Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələri Azərbaycanın Kəlbəcər bölgəsi ilə Ermənistanın Geğarkunik (Basarkeçər) bölgəsi arasındakı təmas xəttində yerləşən «Katarkaya» (əsl adı Qatarqaya) strateji yüksəkliyini (3008,5 m) nəzarətə götürdü!
Bu xəbəri paylaşın:
