Vətən müharibəsi qazisi Kontakt Home-ni boykota çağırdı

İLKİN RZAQULİYEV

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) üzvü, Vətən müharibəsi qazisi

KONTAKT HOME boykot. Şəhidin evindən, şəhidimizin yatdığı kravatı söküb aparıblar ki, krediti ödənmir.

Ay alçaq, ay şərəfsiz Şəhidlər hətta sənin arvadınla evdə, gecə şeş-beş oyandığın kravatında pulunu ödədilər.

Dostluğumda olan hər kəsdən paylaşmağı xahiş edirəm. Müharibə vaxtı bizi getdik bizi aparmadılar deyən qardaşlar, bunu paylaşmaqdan ötrü heç yerə getmək lazım deyil.

Bütün əsəblərim oynadı, bunların hərəkətinə. Boynu bükük, qara yaylıqlı, o, iki qadına baxanda. Yeyib-içdiyiniz zəhərində, üstündə donuz kimi yaşadığınız torpağın haqqını, Şəhidlərimiz qanları və canları ilə ödədilər.

Tüpürüm sənə, KONTAK HOME!!!

P.S. Qanımız və sümüklərimiz üzərində qurulmuş bir məmləkətin var-dövlətini sümürənlərin çoxunun əxlaqı budur! Cənab Ali Baş Komandan «Dəmir yumruğun» zərbələrinə daxildə günbəgün ehtiyac duyulmaqdadır. Bu ölkə üçün qəpiyindən keçməyənlər, niyə bu ölkədə pul qazanmalıdırlar?..

Bu xəbəri paylaşın: