Erməni əsgərləri Azərbaycan hərbçiləri ilə dava-dalaşdan sonra xəstəxanaya çatdırılıblar

Ondan çox erməni əsgəri «respublika ərazisinə keçən» Azərbaycan əsgərləri ilə dava-dalaşdan sonra xəstəxanalara yerləşdiriliblər.

Bu barədə «İnterfaks» Ermənistan Müdafiə Nazirliyinə istinadən məlumat verib.

«20 may axşamı davam edən dava nəticəsində, Sünik bölgəsindəki Qara göl ərazisində orta və ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən qurbanlar var». Eyni zamanda, erməni mətbuatı ölkənin 11 hərbçisinin xəstəxanaya yerləşdirildiyini bildirib.

Bildirilib ki, 12-13 may tarixlərində Azərbaycan ordu hissələri Syunik və Geğarkunik bölgələrində Ermənistan ərazisinə daxil olublar.

Bununla əlaqədar olaraq Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) müraciət edib. Ermənistan Baş Naziri vəzifəsini icra edən Nikol Paşinyan dövlətin ərazisində təxminən 500-600 Azərbaycan əsgəri olduğunu bildirib və hərbi əməliyyatların qarşısını almaq üçün tədbirlər görəcəyinə söz verib.

Daha sonra parlament qarşısında çıxışı zamanı Paşinyan anklav məsələsi də daxil olmaqla, Azərbaycanla ərazi problemlərinin müzakirə edilməsinin vacibliyini bildirib. Siyasətçi bildirdi ki, indi bir çox erməni kəndləri Azərbaycanın nəzarətindədir və Azərbaycan SSR-ə məxsus ərazilərin bir hissəsi Ermənistan tərəfindən idarə olunur. Bu məsələ Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası və delimitasiyası ilə həll edilə bilər.

Mənbə: Lenta.ru

Elnur Səlim

Bu xəbəri paylaşın: