Ermənistan Müdafiə Nazirliyinin verdiyi məlumata görə, 2002-ci il təvəllüdlü hərbi qulluqçu Mkrtç Ovannisyan odlu silahdan açılan atəşdən ölüb.
Hadisənin odlu silahdan istifadə qaydalarının pozulması nəticəsində baş verdiyi bildirilib.
Erməni axtarış qrupları bu gün 4 erməni hərbçisinin meyitini tapıblar.
Bu barədə erməni mətbuatı məlumat yayıb.
Bununla da 14 noyabr 2020-ci ildən indiyədək aparılan axtarışlar nəticəsində tapılan erməni əsgər meyitlərinin sayı 1557 olub.
Axtarışlar Azərbaycan Ordusunun icazəsi ilə aparılır.
Bu xəbəri paylaşın:
