BMT: Putin və Bayden görüşü üçün hazırıq!

BMT-nin Cenevrə ofisi Rusiya-ABŞ sammiti üçün görüş yeri təqdim etməyə hazırdır.

Axar.az xəbər verir ki, bu sözləri BMT-nin Cenevrə ofisinin mətbuat xidmətinin rəhbəri Alessandra Beluççi deyib.

“BMT-nin Cenevrə ofisi prezidentlərin görüşünün Cenevrədə keçiriləcəyindən məmnundur”, — deyə Belluçi bildirib.

Qeyd edək ki, Bayden və Putin iyunun 16-da Cenevrədə görüş keçirəcək.

Bu xəbəri paylaşın: