Ermənistan ordusunun əsgəri Mqer Ovannisyanın intiharı ilə bağlı cinayət işi açılıb.
Bu barədə Ermənistanın İstintaq Komitəsi məlumat yayıb.
Qeyd edilib ki, hərbçi mayın 25-də saat 12:55 radələrində xidmət etdiyi hərbi hissədə “AKM” markalı avtomatdan başına atəş açaraq özünü öldürüb.
“Hərbi qulluqçu “Noemberyan” tibb mərkəzinə aparılıb, orada onun ölümü qeydə alınıb”, — məlumatda bildirilir.
Hadisə ilə bağlı cinayət işi açılıb.
Bu xəbəri paylaşın:
