Təqaüdlərlə bağlı «Cib dəyişmə» əməliyyatına veteranlar etiraz edirlər

Təqaüdlərin müştərilərə xəbərdarlıq edilmədən Kapital bankdan Azərbaycan Beynəlxalq bankına keçirilməsi müharibə veteranları və müharibə əlillərinin ciddi narazılığına səbəb olub.


Dünyanın qabaqcıl ölkələrində bu ödənişləri həyata keçirmək üçün banklar tender seçimiylə seçilir. Əlbəttə ki, bizdə belə işlər baş vermir. Amma kimsənin vecinə olmasa da təqaüdçülərin bank seçmə hüquqları var. Hüquq cəhənnəmə, pensiyaların verilməsi ilə vəzifələndirilən bankın dəyişdirilməsi barədə kimsəyə məlumat verilməməsinə bir ad tapa bilmədik.


Təqaüdlərini bu ay, bu səbəbdən gec alacaq veteranlar bunu «cib dəyişmə» əməliyyatı adlandırırlar.

Fedai.az

Bu xəbəri paylaşın: