Şəhid ailəsi ziyarət edilib

Şəhid kapitan Hüseynzadə Həmidağa Bağı oğlunun ailəsi ziyarət olunub.


Azərbaycan Vətən Müharibəsinin Veteranları İctimai Birliyinin Nəsimi rayon şöbəsinin sədri, “Azərbaycan Bayrağı” ordenli polkovnik Elmar Hüseynov və “XezerTV.info” informasiya agentliyinin baş redaktoru, AJB-nin üzvü, İB-nin fəxri üzvü Fərid Səfərov şəhid ailəsini ziyarət ediblər.


Şəhid Həmidağa Hüseynzadənin ailəsinə Təşəkkürnamə təqdim olunub. Şəhidin valideyinləri ilə onun haqqında və döyüş yolu, igidliyi, göstərdiyi şücaətlərdən səmimi söhbətlər edilib.


Sonda xatirə şəkilləri çəkildi.

Allah şəhidlərimizə rəhmət eləsin!

Fedai.az

Bu xəbəri paylaşın: