Gərilir zorlu bir yay
Oxu fırlatmaq üçün
Gecə göydə doğar ay
Yüksəlib batmaq üçün.
Məcnun inlər, qanını
Leylaya qatmaq üçün.
Cilvə yapar sevgili
Könül qanatmaq üçün.
Şair nədən qəm çəkər?
Şeir yaratmaq üçün.
Dağda neçin bağırılır?
Fələyə çatmaq üçün.
Açılır dadlı güllər
Arılar dadmaq üçün.
Tanrı qızlar yaratmış
Ərlərə satmaq üçün.
İnsan büyür beşikdə
Məzarda yatmaq üçün.
Və………………………
Qəhrəmanlar can verir
Yurdu yaşatmaq üçün…
Hüseyin Nihal Atsız
Şəhidlərimizin hər biri cənnət güllərinə bənzər…
Şuşa fatehlərindən, baş leytenant Əliqismət Yaqublu

RUHUN ŞAD OLSUN ŞƏHİDİM!!!
Şəhidimiz — Cavanşir Əhmədov

RUHUN ŞAD OLSUN ŞƏHİDİM!!!
Boltdan taksi çağırmışam. 35-40 yaşlı sürücü həmyerlim çıxdı.
Müharibədə Naxçıvandan çox şəhid olduğunu, hava limanından yola salınan zaman hər dəfə getdiyini danışdı. Sonra deyir ki, Şərurdan bir şəhidin dəfni məni çox ağlatdı. Dizə kəndində nişanlı mayoru vağzalı ilə evdən çıxardanda qardaşı toyçulara şabaş verdi.
Dedim ki, o mənim qardaşım idi. Şabaşı da mən vermişdim.

Sürücü tez döndü arxaya baxdı, kövrəldi, ünvana çatanacan ağladı. Deyir mənə belə təsir etdisə, gör sizin ailəniz nələr çəkib. Düşəndə pul götürmürdü. Düşüb pulu pəncərədən zorla maşına atmışam.Nəticə etibarı ilə sadə insanlar məmurlardan daha vicdanlı və daha kövrəkdir…
Elyar İslamoğlu
RUHUN ŞAD OLSUN ŞƏHİDİM!!!
