Erməni təxribatçılarından ibarət təxribatçı qrupun gecə saatlarında Ermənistan ərazisindən Zəngilan bölgəsinə keçməsinin qarşısı alınıb.
Bu barədə hərbi ekspert Rizvan Hüseynov sosial şəbəkə hesabında məlumat verib.
Onun sözlərinə görə, 8-9 nəfərdən ibarət diversant qrupu Zəngilan ərazisinə keçməyə çalışarkən zərərsizləşdirilib.
Hazırda hərbçilərimiz Ermənistan-Azərbaycan sərhədi boyunca axtarış əməliyyatını davam etdirir.

Bu xəbəri paylaşın:
