Vətən müharibəsində itkin düşmüş daha bir hərbçinin şəhid olduğu məlum olub.
Fedai.az report-a istinadən xəbər verir ki, Neftçala rayonundan olan əsgər İmanov Məmmədağa İqab oğlunun nəşi tapılıb.
Onun sabah Neftçala şəhər qəbiristanlığında dəfn olunacağı gözlənilir.
Qeyd edək ki, şəhidimiz 2001-ci ildə Neftçala rayonunun Dalğa kəndində anadan olub.
Allah rəhmət eləsin!

Bu xəbəri paylaşın: