AVMVİB Gəncə şəhər şöbəsi üzvləri tədbirdə iştirak ediblər

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Gəncə şəhər şöbəsinin üzvləri 1 İyun — Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı tədbirdə iştirak edib.


Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Gəncə şəhər şöbəsinin sədri Bəyanət Qasımov sosial şəbəkədə məlumat verib.

AVMVİB Gəncə şəhər şöbəsinin sədri Bəyanət Qasımov tədbirdə çıxış edərək şəhid ailələrindən olan uşaqlara göstərilən diqqət və qayğıdan danışıb.


Gəncə şəhərində yaşayan və fərqlənən uşaqlar mükafatlandırılıb.

Nurlan Məmmədli

Bu xəbəri paylaşın: