Ermənistanda türk mallarının idxalının qarşısını almaq üçün yeni planlar hazırlanır

«Joğovurd » — (Xalq) qəzeti. Artıq 6 aydır ki, Türk istehsalı malların Ermənistana idxalını qadağan edən qərarın müddətinin uzadılması nəzərdə tutulub. Bütün qadağalara baxmayaraq, erməni alverçiləri bu malların ölkəyə gətirilməsinin yolunu tapmıçdılar.

Onlar malların üzərindəki Türk etiketini Çin etiketləri ilə əvəz edərək Rusiyadan həmim malları Ermənistana göndərirdilər. Bənzər fırıldaqları «KARQO» vasitəsi ilə də edirdilər. Bütün bu etiket dəyişdirilməsi «müharibəsinin» qarşısının alınması üçün Ermənistan İqtisadiyyat nazirliyi yeni planlar hazırlayır.

Qəzetin yazdığına görə, bütün bu tədbirlərin faydasız olacağı hər kəsə bəllidir. Ona görə ki, erməni tacirlərinin yeganə gəlir mənbəyi olan Türk mallarını ölkəyə gətirməyin başqa üsullarla əvəz olunması onlar üçün heç də problem deyil.

İsmayıl TANRIVERDİ

Bu xəbəri paylaşın: