Nikol Paşinyan: ”Bizim o torpaqlara ehtiyacımız yoxdur. Qarabağ bizim torpaq deyil ”

Ermənistanda parlament seçkilərinə sayılı günlər qalır. Məhz bu dönəmdə rəqiblər biri-birinə ən ağır zərbə vurmaqla seçkilərdə qalib gəlməyə çalışır.


Bu seçkilər iyunun 20-də keçiriləcək.

Alp.az xəbər verir ki, məhz bu ərəfədə Nikol Paşinyanın çıxışlarından ibarət kitabda yazılanlar mətbuatda qalmaqal səbəb olub. 2018-ci ildə çap edilən kitabın maraqlı adı var:”Bizim o torpaqlarına ehtiyacımız yoxdur”.

Kitabda Nikol Paşinyan bildirir:”Qarabağ bizim torpaq deyil, Qarabağ 30 ildir ki, bizim iqtisadiyyatımızı məhv edib. Erməni xalqına xoş rifah və gələcək lazımdır. Mən həmişə demişəm Qarabağ bizə yox , müəyyən zamanda bizim hökumət başında oturanları alətə çevirən imperialist dövlətlərə lazımdır. ”

Bu xəbəri paylaşın: