İtkin düşən daha bir hərbçimizin şəhid xəbəri gəldi

Vətən müharibəsində itkin düşmüş daha bir hərbçimizin nəşi tapılıb.

Fedai.az xəbər verir ki, bu barədə şəhidin qardaşı məlumat verib.

Göygöl rayonu, Murovdağ qəsəbə sakini MAHHXQ 1999-cu il təvəllüdlü Verdiyev Eldəniz Rabil oğlunun Murovdağ istiqamətində nəşi tapılıb.

Şəhid Göygöl rayon Şəhidlər xiyabanında dəfn olunacaq.

Qeyd edək ki, Azərbaycan Ordusunun əsgəri Verdiyev Eldəniz Rabil oğlu 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak edib. O, sentyabrın 27-də Murovdağ döyüşləri zamanı itkin düşüb (apa).

Allah rəhmət eləsin!

Bu xəbəri paylaşın: