Xaliq Hüseynov: «Bizim mövqeyimiz, ölkə başçısına, dövlətimizə və xalqımıza xidmət etməkdir!»

AVMVİB-nin fəxri üzvü xeyriyyəçi həkim Xaliq Hüseynov stomotoqları toplayaraq «Mənim mövqeyim — xidmət et» adlı yardım kampaniyasına start verməsi barədə xəbər vermişdik. Xaliq Hüseynov bu addımla ölkə rəhbəri cənab İlham Əliyevin «Biz bir yerdə güclüyük!» çağırışına öz töhfəsini verib.

AVMVİB sədrinin müavini Vahid Abdurəhmanov bildirdi ki, tanınmış həkim Xaliq Hüseynov bu xeyirxah addımla bir daha AVMVİB-nin fəxri üzvü adına layiq bir iş görüb. Onlarla veteranımızın ehtiyaclarını ödəməyə çalışıb. Gündə imkansız veteranlardan yüzlərlə zənglər gəlir. Bu narazılığı önləmək üçün atılan bu addımı təqdir edir və alqışlayırıq.

Xeyriyyəçi həkim Xaliq Hüseynov sosial şəbəkədə bu aksiya barədə öz təəssüratlarını bölüşüb: «Bu gün 50 ailəyə həkimlərimizin dəstəyi ilə ərzaq payladıq, biz bunları paylaşırıq ki, imkanı olan insanlar belə kampaniyalara qoşulsunlar, çünki bu gün evlərə getdik və həqiqətən də soyuducusunda 1 ədəd sarımsaq olan ailələr gördük, sizin də imkanınız varsa köməklik edin, bu arada Novruzov Asim, Huseyn Allahverdiyev, Doctor Quliyev və Təhmasib Məmmədova təşəkkür edirəm, sabah da yardımlarımız davam edəcək».

AVMVİB Nizami rayon şöbəsinin sədri Rəcəb Baxşıyev də AVMVİB-nin fəxri üzvü, həkim Xaliq Hüseynovun başlatdığı bu aksiyanı alqışladığını bildirdi. O, müharibə veteranlarının bu gün ən baxımsız sosial təbəqə olduğunu qeyd etdi. Həmçinin, Nizami rayonunda yaşayan müharibə veteranları adından Xaliq Hüseynova öz minnətdarlığını bildirdi.

Biz də dəyərli və qayğıkeş eloğlumuza öz təşəkkürümüzü bildiririk. Xeyriyyəçi həkim X. Hüseynov özü dediyi: «Bizim mövqeyimiz, ölkə başçısına, dövlətimizə və xalqımıza xidmət etməkdir!» — sözləri pafosla deyilmiş sözlər deyil, bir əməlin başlanğıcıdır.

Elnur Səlim

На изображении может находиться: 1 человек, стоит
На изображении может находиться: 2 человека, люди стоят, обувь и в помещении
На изображении может находиться: 1 человек, стоит
На изображении может находиться: 1 человек, автомобиль и на улице
На изображении может находиться: 1 человек
На изображении может находиться: 2 человека

Posted by Xaliq Huseynov on 8 Aprel 2020, Çərşənbə
Bu xəbəri paylaşın: