TƏBRİK: Polkovnik-leytenant Rəşad Sariyev – 45

AVMVİB Rəhbərliyi, Fədai.az kollektivi və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin müavini polkovnik Salman Musayev, ehtiyyatda olan, polkovnik-leytenant Rəşad Tofiq oğlu Sarıyevi ad günü münasibətiylə ürəkdən təbrik edir, cansağlığı, xoşbəxtlik, ailə səadəti və yaradıcılıq sevincləri arzulayır.


Polkovnik-leytenant Rəşad Sarıyev 08 iyun 1976-ci il də İmişli şəhərində anadan olub.


O, 1994-cü ildə Bakı Dövlət Universitetini bitirib. 1998-ci ildə ilk jurnalistlik fəaliyyətinə «Avrasiya» qəzetində başlayıb.

2000-2003-cü illərdə «Azadinform» və «Kaspi» qəzetlərində muxbir kimi çalışıb.


Polkovnik-leytenant Rəsad Sarıyev, 2003-2005-ci illərdə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin döyüş bölgələrində yerləşən hərbi hissələrində müxtəlif vəzifələrdə xidmət edib.


Polkovnik-leytenant Rəşad Sarıyev 2005-2006-cı illərdə İctimai Tv –də («Salam Əsgər» hərbi verilişində) senari müəllifi və redaktor olmuşdur. O, İctimai Tv-nin xətti ilə Azərbaycan Ordusunda, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında, Dövlət Sərhəd Xidmətində və Ədliyyə Nazirliyinin mühafizə alayında «Salam Əsgər» verilişinə çəkilişlər etmək üçün hərbi hissələrdə və döyüş bölgələrində canlı reportajlar hazırlayaraq İctimai Tv-də işıqlandırıb.

Polkovnik-leytenant Rəşad Sarıyev 2007-ci ilin may ayından 2018-ci ilin iyul ayına kimi Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş idarəsində mətbuat xidmətinin rəis müavini və mətbuat xidmətinin rəisi vəzifələrində xidmət edib.


Polkovnik-leytenant Rəşad Sarıyev hümanistliyi və səmərəliyi ilə seçilən, ən məhsuldar dövrünün 23 illik şərəfli xidmət yolunu Müdafiə Nazirliyində, Daxili İşlər Nazirliyi Daxili Qoşunlarda və mətbuat orqanlarında keçirmişdir.

O, Daxili Qoşunlarda xidmət edərkən Daxili Qoşunların qarşısında duran vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar Daxili Qoşunların Baş İdarəsində və bütün hərbi hissələrində müvafiq reportajların çəkilişlərində, vətənpərvərlik mövzusunda qələmə aldığı bütün məlumatların Daxili İşlər Nazirliyinin “Mübariz keşikdə” qəzetində və Daxili Qoşunların “Əsgər” qəzetində eləcədə müxtəlif mətbuat orqanlarında dərc olunmasında onun rolu danılmazdır.

DİN Daxili Qoşunların 25 illik fəaliyyətini əks etdirən «Daxili Qoşunlar 25» kitabının müəllifi və tərtibatçısı olub.


Polkovnik-leytenant Rəşad Sarıyev bir jurnalist kimi həyat və iş fəaliyyəti dövründə daim həqiqətlərə hörmət, insan ləyaqətini üstün tutmaq və cəmiyyəti düzgün informasiya ilə təmin etmək prinsiplərini əsas meyar sayıb.

Polkovnik-leytenant Rəşad Sarıyev Vətənə, Dövlətə və Xalqa sədaqqətlə xidmət etmiş, ximdəti vəzifələrinin layiqincə yerinə yetirilməsinə məsuliyyətlə yanaşıb. Daxili İşlər Nazirinin və Daxili Qoşunlar Komandanının müvafiq əmri ilə xidmətdə fərqləndiyinə görə bir sıra medallarla, döş nişanı ilə və “Fəxri Fərmanla” mükafatlandırılıb.


Polkovnik-leytenant Rəşad Sarıyev Daxili Qoşunlardan ehtiyata buraxıldıqdan sonra da Aznews.az, telegraf.com-da müxtəlif vəzifələrdə işləyib.

Hazırda lent.az xəbər saytında redaktor vəzifəsində çalışır.


Dərin hörmətlə, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədr müavini, polkovnik Salman Musayev

Bu xəbəri paylaşın: