«General-leytenant Rüstəm Muradov bu gün əsir götürülmüş erməni əsgərinin qaytarılması üçün danışıqlar aparır, ümid edir ki, əsgərimiz bu gün qayıdacaq»
Muradovla yaxın əlaqələri olan polkovnik Boris Avakyan bu barədə «Hraparak» a danışıb.
«Rusiya Federasiyası rəhbərliyinin tapşırığına əsasən, Rusiya sülhməramlı korpusunun komandiri general-leytenant Rüstəm Muradov, böyük səyləri sayəsində, rus sülhməramlılarının bütün imkanlarından istifadə edərək, azəriləri məcbur etməyə ümid edərək danışıqlar aparır. Bu gün azərbaycanlılar tərəfindən əsir götürülən hərbçimiz bir neçə saata qaytarılmasa çox sərt addımlar atacayıq» Avagyan belə deyib.
«Hrparak» xatırladır ki, Muradov erməni əsgərlərin qaytarılması ilə bağlı Azərbaycan tərəfi ilə danışıqlar apararkən, baş nazir vəzifəsini icra edən Nikol Paşinyan Aragatsotn bölgəsində seçkiqabağı təşviqat aparır.
Ermənistan tərəfi iddia edir ki, 8 iyun tarixində, RA Silahlı Qüvvələrinin N hərbi hissəsinin müqaviləli əsgəri Artur Katanyan duman səbəbindən yönünü itirərək Katanyan özünü Azərbaycan Silahlı Qüvvələrinin nəzarəti altında olan bir ərazidə tapıb. Onların sözlərinə görə Azərbaycan Müdafiə Nazirliyinin bəyanatı Artur Katanyanın təxribatçı olması ilə bağlı açıqlaması reallığa uyğun gəlmir.
