«Bizim üçün ən böyük, ən ağır sual — 2020-ci ildə niyə belə bir uğursuzluq başımıza gəldi?»
Bunu Ermənistanın Baş naziri vəzifəsini müvəqqəti icra edən Nikol Paşinyan deyib.
«Bunun müxtəlif səbəbləri ola bilər — hərbi, siyasi, geosiyasi, iqtisadi… Bu gün məndə belə bir fikir yaranıb. Sizə qeyri-adi görünsə də, bölüşəcəm. Düşünürəm ki, 12-ci Zəburda deyildiyi kimi: Tanrı bizdən üz çevirdi», — Paşinyan əlavə edib.
Bu xəbəri paylaşın:
