Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Rəhbərliyi, AVMVİB Zəngilan rayon şöbəsi rəhbərliyi və Fədai.az kollektivi AVMVİB Zəngilan rayon şöbəsinin sədr müavini, 1-ci Vətən müharibəsi qazisi Abbasov Zakif Abbas oğlunu ad günü münasibətiylə ürəkdən təbrik edir, cansağlığı, xoşbəxtlik, ailə səadəti və uzun Zəngilanl ömür arzulayırıq.
AVMVİB Zəngilan rayon şöbəsinin sədr müavini, 1-ci Vətənmüharibəsi qazisi Abbasov Zakif Abbas oğlunun doğum günüdür.

Zakif qardaşımızı ad günü münasibətilə təbrik edir, bumdan sonrakı işlərində uğurlar arzulayıram.
Zakif Abbasov 1990-cı ildə həqiqi hərbi xindətə çağırılmış və xidmətini Daxili Qoşunlarda başlamışdır. Vətənimizə erməni işğalçılarının hücunlarının qarşısının alınmasında Daxili Qoşunların tərkibində Ağdam rayonuna ezam olunmuş və döyüşlərə qatılmışdır. İlk dəfə Ağdam rayonunun Papravənd kəndində yaralanaraq hospitala göndərilmiş və müalicə olunduqdan sonra yenidən hərbi hissəyə qayıtmışdır.
1992-ci ildə Daxili Qoşunların tərkibində Zəngilan rayonua ezam olunmuş, Qazançı kəndində xidmətə başlamışdır. Burdada ağır döyüş yolu keçən Zakif döyüşlərin birində ikinci dəfə qəlpə yaraları alaraq hospitala göndərilir və sağaldıqdan sonra xidmətini davam etdirdi.
1992-ci ildə həqiqi hərbi xidmətini başa vuran Zakif Abbasov Zəngilan rayon polis bölməsinə qəbul olunur və burda polis nəfəri kimi xidmətə başlayır.
1993-cü ilin aprel ayının 10-da uğurlu Kilsə əməliyyatında iştirak edir və Qafan rayonunun 4 kəndi ermənilərdən azad edilir və bu döyüşdə şücaət göstərir. Lakin bilinməyən səbəblərdən «geri çəkilin» əmri verilir. Döyüşçülərimiz geri qayıdanda Zakif 3-cü dəfə hər iki ayağından güllə yarası alır. Yenə hospitala müalicəyə göndərilən igid döyüşçü sağaldıqdan sonra xidmətinə davam edir.
1993-cü il oktyabrın 25 erməni işğalçılarının Cəbrayıl rayonu istiqamətindən Zəngilan rayonuna hücumu başlayır və Zakifgili həyəcan siqnalı ilə Cəbrayıl rayonunun Dərzili kəndinə döyüşə aparırlar. Burda qızğın döyüş başlayır və zəngilanlı döyüşçülər düşmənə müqavimət göstərirlər.
Həm Milli Ordu, həm də polislərimiz düşmənə lazımi cavabı verirlər. Düşmən xeyli sayda texnika ilə əli avtomatlı döyüşçülərimizə hücum edir və qeyri bərabər döyüşdə igidlərimiz xeyli şəhid verir və xeyli yaralımız olur. Zakif Abbasov da ağır yaralanır, yaralılar içərisində 4 dəfə ağır yaralanan Zakif qardaşımız da var idi.
Zakif helikopterlə təcili Bakı şəhərinə çatdırılır və hospitala yerləşdirilir. 6 ay müalicə olunduqdan sonra, yenidən Füzuli rayonunun Babı kəndində yerləşən Zəngilan polisində xidmətə başlayır və bir neçə ildən sonra Zəngilan polisindən təqaüdə çıxır.
Hazırda Zakif 2-ci qrup müharibə əlilidir.
Təbrik edirəm qardaş. Sənə uzun ömür, sağlam can arzulayıram.
Azad Musayev
AVMVİB Zəngilan rayon şöbəsinin sədri




