«Azərbaycanda keçiriləcək ikinci oyunu qardaşım İlham Əliyev ilə birlikdə izləməyə gedəcəyəm».
Fedai.az “TRT Haber”ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) parlamentdəki fraksiyasının iclasında bildirib.
Xatırladaq ki, iyunun 16-da Bakıda AVRO-2020 çərçivəsində Türkiyə-Uels matçı keçiriləcək.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan işğaldan azad edilmiş Şuşa şəhərini ziyarət edəcək.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) toplantısında çıxışı zamanı bildirib.
Bu xəbəri paylaşın: