COVID-19 infeksiyasına 68 yoluxma faktı qeydə alınıb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 68 yeni yoluxma faktı qeydə alınıb, 239 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 1 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 334 917 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 327 626 nəfər müalicə olunaraq sağalıb, 4 948 nəfər vəfat edib. 2 343 nəfər aktiv xəstə sayını təşkil edib.

Bu xəbəri paylaşın:
  •  
  •  
  •  
  • 1
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •