Erməni hərbi cinayət işləmiş terrorçuların Bakıdakı məhkəməsindən görüntülər

Əsir düşmüş erməni hərbi canilərinin işi ilə bağlı məhkəmə vəkillərin vəsadəti ilə başlayıb. 

Onlar Birinci Qarabağ savaşı zamanı  Azərbaycan hərbçilərinə işgəncə verməkdə ittiham olunurlar. 

Məhkəmə Yasamal rayon məhkəməsində aparılır. Prokuror ittiham aktını oxudu. Alyoşa Xosrovyan Azərbaycan CM 7, Lüdviq Mkrtcyan  — 17 maddəsi ilə ittiham olunur. İttiham olunan erməni hərbçilər özlərini təqsirli bilmədiklərini dedi. Hər iki ittiham olunan ancaq sərhədi qanuunsuz keçmədə günahkar olduğunu dedi. 


 İki zərərçəkən dindirilib. Onlar hər iki erməni hərbçini tanlıdıqlarını deyiblər.


Məhkəmə iyunun 16-da işini davam etdirəcək.

Mənbə: www.anews.az

Bu xəbəri paylaşın: