Soçidə erməni torpaq üstdə «razborkası»

Rusiyanın Adler rayon sakini erməni Vartan Koçaryan iki məhkəmə icraçısını qətlə yetirib.

Rusiya mətbuatının verdiyi xəbərə görə, bunu Soçi Polis İdarəsindən bildiriblər.

60 yaşlı V. Koçaryan Adler rayonunda qanunsuz tikilidən köçürülməsi barədə məhkəmə qərarının yerinə yetirilməsinə nəzarət üçün gələn icraçıları güllələyib. Koçaryan ərazini sənədləşdirməyə imkan verilməməsindən şikayət edib. Kimlərsə ona məxsus ərazidə market tikməyi planladığını deyib.

O, bu qərarla razılaşmayıb və müvafiq sənədləri olmayan ov tüfəngindən atəş açıb. Bildirilib ki, ölən məmurlar — Andronik Mativosyan və Albert Aqozyan adlı ermənilərdir.

Hadisə ilə bağlı araşdırma aparılır. Yəqin tezliklə Rusiya rəhbərliyində də belə erməni «razborkalarının» şahidləri olacağıq…

Bu xəbəri paylaşın: