İranda prezident seçkiləri ilə bağlı təşviqat kampaniyası davam edir.
Dövlət televiziyasında keçirilən debatda İran məhkəmə sisteminin başçısı, prezidentliyə namizəd İbrahim Rəisi ilə milliyyətcə türk namizəd Möhsün Mehrəlizadə arasında yenidən fikir ayrılığı yaranıb.

Oxu24.com xəbər verir ki, İbrahim Rəisinin «azəri dillilər» deməsi Möhsün Mehrəlizadə tərəfindən etirazla qarşılanıb.
Qeyd edək ki, bundan öncəki debatda Möhsün Mehrəlizadə və başqa türk namizəd, İranın Mərkəzi Bankının keçmiş başçısı Əbdülnasir Hemməti də Azərbaycan dilində danışıb, dahi şairimiz Məhəmmədhüseyn Şəhriyardan şeir oxuyub.
Bu xəbəri paylaşın:
