Sülhə gəlin, ey insanlar, Yoxsa, Dünya məhv olar!

Başlaması asan, qurtarması çətin olan bir bəladır müharibə. Elə bir bəla ki, adı kimi törətdikləri də qorxunc, müdhişdir. Bu gün cəmiyyət qarşısında ən ciddi problem muharibə və sulh problemidir.


Bəşəriyyətə fəlakətlər gətirsə də, hec kəs alqışlamasa da müharibə həmişə olub, olur və yəqin ki, olacaq. Milyonlarla insan muharibələrin qurbanı olub, evlər, hətta ölkələr dağılıb, yer üzündən silinib. Odur ki, muharibə dəhşət, qan-qada deməkdir. Torətdiyi bəlalar illərlə unudulmur. Muharibə insanlara təkcə maddi yox, eyni zamanda mənəvi zərbə vurur. Cunki muharibədən qayıdan insanlar həyata laqeyid yanaşır, kobudlaşır, insan oldurmək onlar ucun adiləşir. Əzizlərini , torpağını, illər boyu vərdiş etdiyi həyat tərzini, işini məşğuliyyətini itirən insanlar yeni mühitə, həyat tərzinə uyğunlaşa bilmir, keçirdiyi psixoloji sarsıntılar onun xasiyyətini dəyişir, fiziki sağlamlığını əlindən alır. Bu mənada Qarabağ müharibəsidə Azərbaycan torpaqlarının işğalı nəticəsində yerindən , yurdundan didərgin düşmüş, düşdükləri yeni mühitdə qaçqın, məcburi köçkün adı ilə damğalanmış insanların böyük əksəriyyəti ağır sarsıntılar keçirmiş, mənəvi depressiyaya uğramışlar.


Qacqın kompleksi deyilən bir termin var Bu o deməkdir ki, boyuk əksəriyyəti yerindən-yurdundan qacqın düşən insan yaşayış yerini, iş yerini, uzun muddət adapdasiya olunduğu mühiti itirir. Yeni muhitin tələbləri onu təmin etmir. Eyni zamanda məskunlaşdığı mühit də onu qəbul etməyə hazır deyil. Təssuflə qeyd etmək lazımdır ki, doxsanıncı illərin əvvəllərində Qarabağdan köçkün düşən insanlar pərakəndə şəklində özbaşına hara gəldi bütün Azərbaycana səpəndilər. Qonşu qonşusundan, qohum-qohumdan ayrı düşdü. Şəhər muhitində yaşayanlar kənddə, kənd muhitində yaşayanlar isə şəhərdə məskunlaşdılar. Butun bu əzablara dozən insanlar yeni şəraitdə oz ailələrini dolandırmaq üçün ən ağır işlərdə çalışmağa məcbur oldular. Yayın qızmarında qarğılardan tikilmiş hasarların kölgəsinə sığınaraq körpələrini qoruya-qoruya böyütdülər. Şəraitin cətinliyi, sosial həyatın ağırlığı mьxtəlif xəstəliklərin yaranmasına səbəb oldu.

Xususilə gənc ailələr korpənin sağlam dünyaya gəlməsi üçün min bir çətinliklərlə qarşılaşdılar. Butun bunlar muharibənin torətdiyi faciələrdir. Axı bunlar nədən olmalı, insan nədən oz qəbrini ozu qazana cevrilməlidir. İstənilən muharibədə son nəticədə nə qalib olur, nə də məğlub.

Muharibə hec kəsə fayda gətirmir. Buna baxmayaraq olkələr arasında silah istehsal etmək uğrunda güclü bir rəqabət yaranıb. Nədən bəşərin inkişafına yox, məhvinə çalışılır? Axı dünyada toplanmış nüvə ehtiyyatları Yer kürəsini 18 dəfə dağıtmağa kifayət edər. Ailələrimiz də muharibənin hər cur acılarını dadmışdır. Ona gorə də muharibəyə nifrət edirəm, atamın bir də silah götürməsini istəmirəm. Yalnız sülh istəyirəm. Mən “sulh” dedikdə korpələrin məsum baxışını, şirin yuxusunu, uca guluşunu, anaların şirin laylasını, qocaların asta yerişini, əsgərlərimizin inamlı addımlarını, ag goyərcinləri duşunurəm. Təssuf ki, gunumuzdə sulhu munaqişəyə cevirənlər daha coxdu. Bu munaqişələr milyonlarla insanın ölümünə yaxınların itirilməsinə coxlarının bədən uzvlərindən mərhum olub qaranlıq və məşəqqətli həyat kecirməsinə səbəb olur. Gunumuzdə agır problemi olan və Azərbaycan xalqının unudulmaz dərdi Qarabag münaqişəsi qonşu Rusiya Federasiyası ərazisində baş verən Cecenistan munaqişəsi, yaxın Şərqdə İsrail, Fələstin, Pakistan, Suriya, Hindistan, Əfqanistan, ABŞ munaqişələri yuxarıda göstərdiyim bədbəxtliklərin bilavasitə səbəbi olan hadisələrə misal ola bilər.

İnsanların bir coxu bu münaqişələri, səbəbsiz yerə, boş mənasız ideologiyalara əsaslanaraq törədirlər. Millətinə, vətəninə və dininə baglılıq hələ hec kimə kimisə incitməyə əsas vermir. Erməni şovinistləri millətcilik xatirinə Azərbaycan xalqına təcavuz edir və əsassız tarixi qaynaqlardan cıxış edib hamını inandırmaga çalışırlar ki, əsl təcəvuzkar azərbaycanlılardır. İmkanım olsaydı, yer kurəsində sulhun bərqərar olması ucun əlimdən gələn hər şeyi edərdim. Cunki muharibənin acıları kicik yaşlarımızdan bizə qismət olub. Əmi-dayılarımızın ölümü, itkin duşməsi, gəlinlərimizin dul, uşaqların yetim qalması gozumuz onundə olmuşdur. Muharibənin dəhşətlərini gorməmiş insanlar sulhun vacibliyini bəlkə də bizim qədər duya bilməzlər. Mən həmin dəhşətləri torədən insanlara cadır şəhərciklərində vətən, vətən deyərək can verən qocalar, ovladlarına qarın dolusu çörək verə bilməyən, qışın sazagında isti bir ocaq tapmayan, valideyinlərinin yurd nisgilini oz balaca qəlbinə kocurən korpələr haqqında danışardım. Onlar gunahkardırlarmı ki, siz qan tökməkdən doymursunuz?
Sülh pərdəsi altında qatillik edirsiniz. Mən sulh elcisi olsaydım, bu insanların yatmış vicdanlarını oyadacaq səslə car çəkərdim…

Donun və arxaya baxın! Onda gorərsiniz ki, tarix hec vaxt vicdansızları cəzasız buraxmır Hər kəs oz əməlinin cəzasını çəkəcəkdir. Gun gələcək qanına qəltan etdiyiniz məzlumların gunahsız ruhları qarşısında cavab verməli olacaqsınız! Qorxun, bu muhakimələrdən! Cəkilin bu əməllərinizdən! Sulhə gəlin!!! Bəzən də oturub sulh sozunun ifadə etdiyi mənanı açmaq istəyirəm. Belə qərara gəlirəm ki, sulh sozu cox boyuk quvvəyə malikdir. Belə ki, dunyanı lərzəyə salan gunahsız insanları qanına qəltan edən muharibələr son nəticədə sulhun qarşısında diz çökür ona tabe olur. Belə sulh muqavilələri haqqında oxuyarkən daxilən arxayınlaşıram və fikirləşirəm ki, əgər mən sulh elcisi olsaydım, dunyadakı bütün qaynar noqtələrin həll olunmayan munaqişələrinə bir andaca son qoyardım və bu noqtələrdə ədalətli sulhu bərpa edərdim. Cox qəribə gorunsə də, butun sulh muqavilələrinin tərəfdarı olduğum halda, bir sulhun bağlanmasına qarşı üsyan edərdim, fəryad qoparardım. Bu, o sulh muqaviləsidir ki, başı cəfalar çəkmiş ana vətənimizin bağrının başından Araz boyda şırım açdı. Bu, o sulh muqaviləsidir ki, bir olkənin vətəndaşlarına “Şimallı” , “Cənublu” adı verdi.


Bu, “Gülüstan”, “Turkməncay” sulh muqavilələridir. İnsanların bağrına sağalmaz yaralar vuran bu müqavilələri tarixin səhvəsindən silib atardım. Əgər mən sulh elcisi olsaydım, car cəkərək deyərdim ki, ey insanlar, bir-birinzə hədə-qorxu gəldiyiniz, milyonlarla pul xərclədiyiniz muasir silahları yandırın! Dağıdın silah anbarlarını, yerlə yeksan edin atom silahlarını. Qoyun sizin gunahınız ucbatından hələ də şikəst doğulan uşaqların, insanların sümükləri dincəlsin! Əgər mən sulh elçisi olsaydım, bəşəriyyətə sarsıdıcı zərbə vuran terrorizmi kokundən məhv edərdim. Cunki xalqımız uzun illər terorcuların hədəf noqtəsi olmuşdur.


— Ey yer kurəsinin muharibə torədən insanları!


Adi bir qarışqanı yarada bilmədiyiniz halda nə ucun muharibələr torədirsiniz, qanlar tokursunuz, insanları yurd- yuvalarından, el-obalarından didərgin salırsınız. Zavodlarda gecə-gunduz muharibə ucun silahlar istehsal edirsiniz və həmin silahlarla uşaqları anasız, atasız, əmisiz, dayısız, ata-anaları isə övladsız qoyursunuz. Əl cəkin bu işdən. Qoyun hər kəs oz vətənində dinc yaşasın. Bəsdir muharibələrdən ləzzət aldığınız. İnsanlar öz ömürlərini mənalı yaşamalı, əkdiklərindən biçdiklərindən ləzzət almalı, bağ-bağcalarının barını götürməlidirlər. Bir sozlə, firəvan, xoşbəxt omur surməlidirlər. Biz yer kurəsinin insanları onda xoşbəxt olacağıq ki, qulaqlarımız mərmi səsi deyil , yalnız anaların beşik başında oxuduğu laylaları eşidəcək. Bəli, yer uzundə həyat bərqərar olandan muharibə kabusu insanlığa qənim kəsilmişdir. Sulh həmişə bəşəriyyətin ən umdə arzusu olmuşdur. Tarixi inkişafın müəyyən mərhələlərində qəbilə muharibələri, sonra tayfalar və daha sonra dovlətlər arasında baş verən çoxillik müharibələr milyonlarla gunahsızların həyatına son qoymuşdur.


Min illər boyu cəmiyyətin yaratdığı maddi və mənəvi sərvətlər bir göz qırpımında külə dönmüş, hər hansı bir məkrli niyyətin münaqişə və ya müharibə hətta yüz il belə davam etsə də sülh ilə nəticələnmişdir. İnsanlar müharibəyə nifrət etmiş, sülh bəşəri ehtiyaca çevrilmişdir. Müasir insan gələcək haqqında düşünərkən elmi-texniki tərəqqiyə boyuk umud bəsləyir. Gorəsən elmi-texniki tərəqqi insanı hara aparır? Cahanda kamalın qalib gəlməsi üçün elmi-texniki tərəqqinin hümanistləşdirilməsi, onun insanın mənəvi idealarına tabe edilməsi vacibdir.

“Əsrimiz elm və texnika əsridir” deyirlər. Lakin elim və texnika bizi o zaman işıqlı sabaha aparır ki, onun sükutunda hümanist mənəviyyat, yeni təfəkkur dayanmış olsun! Uşaq ikən mənim ən cox sevdiyim “Qoy həmişə gunəş olsun”, “Qoy həmişə sulh olsun” şuarının əhəmiyyətini indi daha dərindən dərk edirəm. Bu gun planetimizdə sulh hərəkatı genişlənir. “Evdə sülh, ölkədə sülh, cahanda sülh” adlı hərəkata milyonlarla insan qoşulur və coşğunluqla sülh uğrunda mübarizə aparırlar. Dunya xalqları yaxşı bilirlər ki, sülh xoşbəxtlikdir, sülh səadətdir, sülh həyatdır, sulh bəşəriyyətin xoş işıqlı gələcəyi, sabahı deməkdir. Lakin bu o demək deyil ki, vətənin müdafiəsini unudaq.

Mən sulh elcisi olsaydım bütün dünyanı dolaşar, sülhü tətbiq edərdim. Sülh səadətdir, onun qədri ancaq müharibə fəlakətinin içində bilinir. Cunki mən bunun şahidi olmuşam. Butun nuvə silahlarını məhv edər, onların göz yaşları və şəhid qanı ilə suvarılmış torpaqlarımızı gülüstana çevirərdim. Alimlərin hesablamalarına görə son 6 minillik dünya tarixində 14000-dən çox müharibə olub. Bu muharbələr on milyonlarla insanın təlafatına və təbii resurslarının itgisinə səbəb olmuşdur.Hesablamalara gorə bu muharbələrə sərf olunan maddi vasaiti qızıl pula çevirib, dunyanın quru hissəsinə səpsən 8 sm qalınlığında örtük yaranar. Bu faktın əyani sübutu kimi təkcə iyirminci yüzillikdə baş vermiş iki dünya müharibəsinin doğurduğu fəlakətləri, dağıntıları nəzərdən keçirmək kifayyətdir. İkinci dünya müharibəsi öz miqyası və gərginliyinə onda iştirak edən insan və hərbi texnika qüvvəsinə, adam təlafatı və dağıntılığına görə bəşəriyyət tarixində baş vermiş butun muharibələri arxada buraxmışdı.


İkinci canan mьharibəsi oz orbitinə 1,7 milyard, yəni dunya əhalisinin 4/5-ni təmsil edən 61 olkəni cəlb etmişdi. Hərbi əməliyyatlar yer kurəsinin uc qitəsində -Avropada , Asiyada və Afrikada getmişdi. Hərbi əməliyyatların getdiyi ərazi 22 milyon kvadırat kilometirə bərabər idi. Müharibə edən ölkələrdə 110 milyon adam silah altına alınmışdı. Muharibə nəticəsində doyuşdə iştirak edən olkələrdə 60 milyona yaxın adam tələf olunmuşdu. Onunda təqribən yarısı, 27 milyonu keçmiş SSRİ-nin payına düşürdü. Muharibədə Almaniya 13,6 milyon, Polşa 6 milyon, Cin 5 milyon, Yaponiya 2,5 milyon, Yuqoslaviya 1,7 milyon, Fransa 600 min, İngiltərə 370 min, ABŞ 300 min adam itirmişdi. Alman faşistlərindən tələf olanların 73 faizi Sovet — alman cəbhəsində məhvb edilmişdi. İkinci cahan müharibəsi dünyaya 4 trilyon dollara başa gəlmişdi. Bu dovurdə hərbi xərclər 1 trilyon 117 milyard dollara catmışdı. Ondan 695 milyard dolları antifaşist koalisiyası ölkələrinin, 422 milyard dolları isə faşist bloku ölkələrinin payına düşmüşdü. Hərbi xərclər ABŞ-da milli gəlirin 43,4 faizini, İngiltərədə 55,7 faizini, Almaniyada 67,8 faizini, Yaponiyada 49,7 faizini, kecmiş SSRİ-də 55 faizini təşkil etmişdi.

Təkcə keçmiş SSRİ-də 1710 şəhər və qəsəbə, 70 min kənd dağılmışdı. Muharibədə iştirak edən butun olkələrdə məhv edilmiş maddi zənginliklərin umumi dəyəri 316 milyard dollar idi. Onun da 41 faizi kecmiş SSRİ-nin payına duşurdu. ABŞ-da bu rəqəm 0,4 faiz təşkil edirdi. Kecmiş SSRİ müharibədə bütün milli var-dovlətinin 30 faizini itirmişdi. Onun umumi maddi itgisinin dəyəri 2 trilyon 569 milyard rubl bilavasitə maddi zərəri 679 milyard rubul olmuşdu. Muharibə dovrundə Fransa 21,5 milyard dollar, ABŞ 1 milyard 267 milyon dollar maddi zərər cəkmişdi. İkinci Dunya muharibəsinin ağir nəticələrinə görə beynəlxalq birlik – BMT Nizamnaməsində dövlətlərin mubahisəli məsələlərin həlllində zor tətbiq etmələrini qınadıgını elan etmişdir. BMT Nizamnaməsinin 2-ci maddəsinin 4-cu bəndində deyilir-“Birləşmiş Millətlər Təşkilatının bütün üzvləri beynəlxalq münasibətlərdə zorun tətbiqi hədəsindən cəkinirlər”. Lakin dovlət hərbi təcavuzə məruz qaldıgı halda güc tətbiq etməkdə haqlıdır. Fərdi və ya kollektiv ozunumudafiyə huququ BMT Nizamnaməsinin 51-ci maddəsində ifadə olunmuşdur. Eyni zamanda bu maddədə BMT Təhlukəsizlik Şurasının sülh və təhlükəsizliyin bərqərar edilməsi və ya müdafiyə məqsədi ilə qəbul etdiyi qərara uygun olaraq hərbi quvvədən istifadə edilməsi haqlı addım hesab edilir. Dövlətlər aralarında yaranan narazıqları sülh yolu ilə həll etməlidirlər.


Beynəlxalq birliyin müharibə etmək imkanlarının məhdudlaşdırılması sahəsində ciddi səylərinə baxmayaraq, son 50 ildə dunyada hərbi munaqişələrin sayı və miqyası xeyli artmışdır. Bu muharibələr 30 mln-dan cox insanın həyatına son qoymuşdur. XX əsrin sonlarında da çoxlu irili-xırdalı silahlı münaqişələr baş vermişdir. Olkəmizin zorla cəlb olundugu Azərbaycan- Ermənistan munaqişəsi də bu qəbildəndir.

1988-1994-cu illərin Birinci Qarabag muharibəsi olkəmizin maddi və insan ehtiyatlarına son dərəcə agır zərbə vurmuşdur. Ərazimizin 20% duşmən dovlətin silahlı qüvvələri tərəfindən işgal olmuşdur. Şəhərlərimiz, kəndlərimiz mədəniyyət və təhsil ocaqlarımız, dini ibadətgahlarımız dagıdılmış, sərvətlərimiz qəraət edilmişdir. Bu muharibədə ən agır itkimiz isə insan itkisi, mənəvi itkidir. 20 mindən cox insanın həlak olması xalqımızın genefonduna vurulmuş ən agır zərbədir. Minlərlə insan əsirlikdən qeyri-insani munasibətlə uzləşmiş, təhqir və işgəncələrə məruz qalmışdır. Erməni işgalcıları Beynəlxalq hümanitar hüququn hec bir prinsipinə əməl etməmiş, doyuş meydanlarında həlak olanların meyitlərini belə təhqir etməkdən cəkinməmişlər. BMT Baş Məclisinin yekdillliklə qəbul etdiyi “Silahlı münaqişələrdə insan hüquqlarına hörmət edilməsi” adlı qətnaməsi beynəlxalq hüququn silahlı münaqişədə iştirak edən bütün dövlətlərin və digər qrupların əməl etməli oldugu üç mühüm prinsipini təsdiq etdi: Munaqişədə olan tərəflərin duşmənə zərərvurma vasitələrini secmək huququ qeyri-məhdud deyildir. mulki əhaliyə hucum etmək qadağandır. Butun hallarda hərbi əməliyyatlarda iştirak eden şəxslərlə mulki şəxslər arasında fərq qoyulmalıdır ki,sonuncular mümkün qədər az təhlukəyə məruz qalsınlar.


Bu normalar 1949-cu il Cenevrə Konvensiyalarında və onlara əlavə iki Protokolda oz əkisini tapıb. Muharibə aparılmasının qadagan edilmiş metodlarına ilk növbədə xəyanətkarlıq daxildir. Buna ag bayraqla pərdələnməklə edilən hucumları, yaxud ozunu doyuşdə sıradan çıxmış kimi göstərməklə ona yardım etməyə cəhd edən düşmənin asanlıqla məhv edilməsini misal göstərmək olar. Beynəlxalq humanitar huquq hərbi əməliyyatlar zamanı hamı tərəfindən tanınan fərqlənmə nişanlarından xüsusilə də Qırmızı Xaç və Qırmızı Ayparadan sui-istifadə olunmasını qadagan edir. Cunki nişanlardan bu formada istifadə edilməsi onları etibardan salır, hətta qanuni şəkildə istifadə olundugu zamanda belə onlara hormət edilməz, müharibə aparmagın məhdudlaşdırılmış metodlarından biri də sıradan cıxmış, yəni yaralanmış, silahı yerə qoyaraq müqavimət göstərməyən əsgəri öldürməyin qadagan edilməsidir. Beynəlxalq humanitar huquq qəzaya ugramış təyyyarəni paraşülə tərk edən heyət uzvlərinə hucumu qadağan edir, cunki həmin şəraitdə onlar ozlərini mudafiə etmək gucundə olmurlar. Muharibə huququ həmcinin bir sıra silah növləri və sursat tiplərinin tətbiqini qadagan edir və ya onlardan istifadə edilməsini məhdudlaşdırır.

Silahlı münaqişə zamanı silahların müəyyən növlərinin istifadəsinə qoyulan məhdudiyyətlər min illər boyu movcuddur. Qədim hərbi məcəllələr muharibənin aparılmasının vəhşi, xain və qeyri-insani sayılan üsul və vasitələrini qadağan edirlər. Qədim Yunanıstan və Romada zəhərin və zəhərli silahların istifadəsi qadağan olunmuşdu. Qədim Hindistanda «Mani qanunları»na əsasən zəhərli və yanan oxlardan istifadə olunması qadağan idi. Oxşar normaları digər sivilizasiyalar da yaratmışdı. Bunlar silah seçimini tənzim edən Beynəlxalq humanitar hüququn yaranması üçün başlanğıc olmuşlar. Bizə yaxın zamanda, müharibənin aparılmasının metod və vasitələrini tənzimləyən normalar huquqi ohtəlikləri yaradan beynəlxalq sənədlərdə oz əksini tapmışdı. Hələ XIX əsrin 60-cı illərində partlayıcı və asanlıqla dönə bilən güllələrin istifadəsi qadağan olunmuşdu. 1925-ci il cenevrə protokolu ilə kimyəvi və bioloji silahların istifadəsi qadağan edildi. Bu qadağa sonuradan «Bioloji silah haqda Konvensiya»nın (1972) və «Kimyəvi silah haqqında Konvensiya»nın (1993) qəbul edilməsi ilə gücləndirilmişdir. Həmin konvensiyalar bu cur silahların hazırlanmasını, istehsalını, ehtiyatının toplanmasını və ötürülməsini qadağan etmişlər.


XX əsrin 90-cı illərində «piyadalar əlehinə minaların qadağan edlməsi haqqında» Konvensiyanın qəbul edilməsi və bir çox dövlətlərin ona qoşulması müasir silahlı münaqişələrdə istifadə olunan silahların faciəli nəticələrindən beynəlxalq ictimaiyyətin dərin narahatlığını əks etdirir. Muharibədə qalib olmur. Daha doğrusu, müharibə edən tərəflərdən hər hansı biri qalib olmur.


Qələbə ancaq başqalarını müharibəyə təhrik edən qüvvələrin siyasi qələbəsi şəklində olur. Əgər biz ordunu möhkəmləndiririksə, bunu da ilk növbədə ədalətli sülhə nail olmaq üçün, sülh danışıqlarında daha inamlı olmaq üçün edirik. Dunyanın taleyi bütün insanları narahat edir. İndiki insan artıq dərk etmişdir ki, Yer kürəsi o qədər də böyük deyil, onu qorumaq gərəkdir. Dünya da, insan həyatı kimi çox kövrəkdir. Onun hər an çatlamaq, sınmaq təhlükəsi var. İnsan özünün varlığını qoruyub saxlamaq ucun bir cox məsələləri elə bu gun həll etməlidir. Ozon qatının deşilməsi, Günəş aktivliyinin artması, kəskin iqlim dəyişmələri, təbii ehtiyyatların tükənməsi, müvə müharibəsi təhlükəsi « kicik», lokal muharibə ocaqları- bunlar Yer üzərində həyatı hər an təhlükə altında qoyan məsələlərdir. Davamlı gələcəyi təmin etməkdən ötrü bütövlükdə dünyanı qorumaq, bütün insanlar tərəfindən gələcək qarşısında öz məsuliyyətini dərk etmək, Yerin hər bir sakinini tarixdə oz iştirakını təmin etmək işinə istiqamətlədirmək zəruridir.


Hazırda dünyanın böyük əksəriyyəti sülh və qarşılıqlı dialoq şəraitində yaşayıb çiçəklənir. Ölkə daxili münaqişələr artıq daha çox beynəlxalq müdaxilə nəticəsində həll olunmaqdadır. Demokratiya, beynəlxalq iqtisadi əlaqələr, qlobal xəbərlər mediası, internet, peyk rabitəsi, beynəlxalq turizmin inkişafı, olimpiya hərakatı və s. Insanı bəşəriyyətin gələcəyinin daha cox dinc inkişafda olduğuna inandırır və ümidlər verir. Bir zamanlar « quldarlıq» termini inistutut kimi geniş qəbul edilmişdi və buna normal baxılırdı. İndi isə bu, qətiyyən qəbuledilməzdir, çünki insanlar öz düşüncələrini və inistutlarını dəyişiblər.


Əgər quldarlıq üçün belə olubsa, bəs niyə terorrizim və müharibə üçün də olmasın? Dünyanı narahat edən bu qlobal narahatlıq o zaman minumuma enər ki, ölkələr arasında silah satışına məhudiyyət qoyulsun. Axı, silahlı münaqişələrin səbəbinin biri də cinayətkar dəstələrin silahlanmasıdır. Terrorcu qurupların bir ölkə ərazisindən digər ölkə ərazisinə keçərək yayılmasına qəti yol verməmək lazımdır. Hökumətlər isə onlara qarşı amansız olmalıdılar. Dunyada dayanıqlı sülh yaradılmasında köməkçi vasitələrdən biri də mədəniyyətin, incəsənətin inkişafı və bunların ölkələrarası qarşılıqlı əlaqələrdir. Bu sahədə ədəbiyyatın, bədii sözün, şair və yazıçıların , filosofların, mütəfəkkirlərin rolu və əməyi böyük olmuşdur.

Görkəmli dahi şairimiz H. Cavidin: «Kəssə hər kim tokulən qan izini, Qurtaran dahi odur yer üzünü» misralarında çox dərin fəlsəfi bəşəri bir problemə toxunulur.


Antik dövr Yunan mütəfəkkiri E. Heraklit muharibə haqqında fikirlərini belə əsaslandırır: «Müharibə hər şeyin atası, hamının ağasıdır, bəzilərini o, ilahilər səviyyəsinə qaldırır, bəzilərini isə sadəcə insan edir, bəzilərini o, qula, bəzilərini isə azad insana cevirir».
Sonda butun olkələrin vətəndaşlarını qlobal sulhə və qlobal həmrəyliyə cağırıram.


Gəlin umumbəşəri dəyərlər olan siyasi, iqdisadi, mədəni, dini, etnik tolerantlığa nail olaq. Yoxsa dunya məhv olacaq…

Kərim Novruzov

Ağdam rayon 95 saylı köçkün tam orta məktəbinin tarix müəllimi

Bu xəbəri paylaşın: