Dünyanın ən yaxşı universitetlərinin yeni reytinqi — Azərbaycanın 2 universiteti də siyahıda var

“QS World University Rankings” beynəlxalq reytinq təşkilatı dünya üzrə ali təhsil müəssisələrinin yeni reytinqini açıqlayıb.

“Report”un məlumatına görə, reytinqə ABŞ-ın üç ali məktəbi — Massaçusets Texnologiya İnstitutu, Stanford Universiteti və Harvard Universiteti liderlik edir.

Reytinqdə Azərbaycanın cəmi iki universiteti yer alıb. Belə ki, siyahıda yalnız Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) adı var.

Rusiyadan 48, Türkiyədən 10, İrandan 6, Gürcüstanın isə yalnız 1 universitet bu siyahıya düşə bilib.

Reytinq siyahısında Ermənistanın ali təhsil ocaqları yer almayıb.

Bu xəbəri paylaşın: