Rusiya və Türkiyə Xarici İşlər Nazirliklərinin (XİN) məsləhətləşmələrində Qarabağdakı vəziyyət müzakirə olunub
Bu barədə Rusiya XİN məlumat yayıb.
Bildirilir ki, müzakirələr zamanı atəşkəsə və bütün hərbi əməliyyatlara nəzarət üzrə Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin fəaliyyətinə yüksək qiymət verilib.
Rusiya XİN-in açıqlamasında deyilir ki, Cənubi Qafqazdakı iqtisadi və nəqliyyat əlaqələrinin blokdan çıxarılması üzərində işlərin davam etdirilməsi barədə razılığa gəlinib.
Həmçinin Suriya, Qarabağ, Yaxın Şərq kimi münaqişələrin həllilə bağlı siyasi məsələlər müzakirə olunub. Münaqişə bölgələrində gərginlik mənbələrini aradan qaldırmaq, davamlı atəşkəsə nail olmaq, əlaqəli şəkildə humanitar yardımları artıraraq qaçqınları geri qaytarmaq istiqamətində əlavə tədbirlərə dair fikir mübadiləsi aparılıb.
