TƏBRİK: Mayor Fazil Mahmudov – 57

AVMVİB Rəhbərliyi, Fədai.az kollektivi və Azərbaycan Vətən Nüharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin müavini polkovnik Salman Musayev, ehtiyyatda olan mayor Mahmudov Fazil Alı oğlunu ad günü münasibətiylə ürəkdən təbrik edir, ona möhkəm cansağlığı, xoşbəxtlik, ailə səadəti arzulayır.

Mahmudov Fazil Alı oğlu 10 iyun 1964-ci il də Qazax rayonunun Yuxarı Salahlı kəndində anadan olub.

Mayor Mahmudov Fazil Alı oğlu , 1981-ci ildə orta məktəbi, 1990-ci ildə isə Neft Kimya inistutunu bitirib, 1982-ci ildə İrkutisk vilayətinin Bratsk şəhərində yerləşən Tədris alayında məxfi naqil rabitəsi kursunu bitirdikdən sonra Şeloxov şəhəri yaxınlığındakı Hərbi qarnizonda xidmətini davam etdirmiş, 1984-cü ildə qeyd edilən Qarnizondan ehtiyata buraxılmışdır. Silahlı Qüvvələrdən ehtiyata buraxıldıqdan sonra 1993-cü ilin iyun 10-na kimi zavodda mexanik işləyib.

Mayor Mahmudov Fazil Alı oğlu 1993 –2011-ci illərdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Bakı şəhərinin Nərimanov rayonunda (Montin qəsəbəsində), Hacıqabul rayonunda və Naxçıvan şəhərlərində yerləşən hərbi hissələrdə tağım komandiri, AİS xidmət rəisi, Alayın Qərargah rəisinin xidmət üzrə köməkçisi və hərbi hissənin Əşya rəsi vəzifələrində çalışmışdır.

Qardaşı, baş leytenant Zahid Mahmudov Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin ilk rabitə şöbəsinin rəisi olub. O, 1992-ci ildə Azərbaycanın ərazi bütövlüyü uğurunda gedən döyüçlərdə qəhrəmancasına şəhid olub.

Mahmudov Fazil Alı oğlu, hümanistliyı və səmərəliyi ilə seçilən, ömrünün ən məhsuldar dövrünün 20 illik Şərəfli Xidmət yolunu Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarda keçirmişdir. Mahmudov Fazil Alı oğlu Vətənə, Dövlətə və Xalqa sədaqqətlə xidmət etmişdir. Daxili Qoşunlara həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində, cinayətkarlığa qarşı mübarizədə, ictimai qaydanın qorunmasında və ictimai təhlükəsizliyin təmin edilməsində üzərinə düşən vəzifələrin layiqincə yerinə yetirilməsinə məsuliyyətlə yanaşıb.

Mahmudov Fazil Alı oğlunu səmərəli və məqsədyönlü fəaliyyəti, Daxili İşlər Nazirliyi və Daxili Qoşunlar komandanı tərəfindən həmişə qiymətləndirildiyinə görə, Daxili İşlər Nazirinin və Daxili Qoşunlar Komandanının müvafiq əmri ilə xidmətdə fərqləndiyinə görə bir sıra medallarla, döş nişanı ilə və “Fəxri Fərmanla” mükafatlandırıb.

Dərin hörmətlə, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədr müavini, polkovnik Salman Musayev

Bu xəbəri paylaşın:
  • 154
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •