Paşinyan təbliğat yürüşü keçirib

Ermənistanda baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyan İrəvanın Şenqavit administrativ dairəsində təbliğat yürüşü keçirib.

Bu yürüşdə onun bir sıra tərəfdarları iştirak edib.

“Bu gün seçici “qarışıqlığı” ilə məşğul olanların gələcəyi yoxdur. Hər kəsə xəbərdarlıq edirəm”, — deyə Paşinyan əleyhdarlarına da xəbərdarlıq etməkdən çəkinməyib.

Qeyd edək ki, yürüşdə Paşinyanı xeyli polis və təhlükəsizlik əməkdaşı müşayiət edib.

Bu xəbəri paylaşın: