Putin — Bayden görüşünə sayılı günlər qalıb — 16 iyun

“O, Vladimir Putindir. Təfərrüatlarına varmayacağam, çünki onunla danışıqlar masasına oturmalıyam. Daha sonra sizinlə danışmaqdan məmnun olardım» — Ağ Evin başçısı NATO sammitinə Brüsselə yola düşməzdən əvvəl Londonda keçirdiyi mətbuat konfransında deyib.


Eyni zamanda, Amerika lideri jurnalistlərə Putinin «davranışını dəyişdirmə» strategiyasını açıqlamaqdan imtina edib.


«Ola bilsin ki, sizə desəm, bu onu yolundan döndərməyəcək və öz yoluna davam etmək istəyəcək» deyə Bayden cavab verib.

12 iyun tarixində NBC-yə verdiyi müsahibədə Putin, amerikalı həmkarının mart ayında verdiyi bir müsahibədə qalmaqallı ifadələrindən təsirlənmədiyini söylədi, xüsusən də Rusiya liderini Amerika seçkilərinə “müdaxilə” etdiyinə görə məsuliyyətə cəlb etməklə hədələdiyini bildirdi.


Baydenin Putinlə görüşünün 16 iyunda keçirilməsi planlaşdırılır.


Cenevrədə keçiriləcək bu görüş, Baydenin ABŞ prezidenti vəzifəsinə başladığı andan bəri liderlərin ilk şəxsi görüşü olacaq. Rusiya prezidenti üçün də Cenevrə səfəri 2020-ci ilin yanvarından bəri ilk xarici səfər olacaq.


Amerikanın «Time» jurnalı, ABŞ Prezidenti Co Baydenin fotosunu Rusiya Prezidenti Vladimir Putin əks olunduğu qara eynəklə qoyub.


Amerikalı rəssam Tim O’Brien tərəfindən hazırlanan bu foto, iki ölkə liderlərinin İsveçrədə 16 iyun tarixində keçiriləcək zirvəsini xatırladır.


Baydenin Putinlə Cenevrədəki görüşünün ABŞ-ın Moskvadakı keçmiş səfiri və indi MKİ direktoru William Burns tərəfindən hazırlandığı iddia edilir. Nəşrin ABŞ administrasiyasının üç nümayəndəsinə istinadən yaydığı məlumata görə, Baydenin hazırlıqlarının əksəriyyəti gündəlik kəşfiyyat brifinqi zamanı baş tutub.


«O (Putin) hara getsə, müqavimətlə üzləşməlidir» — deyib.

«Time» yazır ki, ABŞ-ın zirvədəki məqsədi Putinin bu sözlərlə iclası tərk etməsidir: «Amerikalılar bizə qarşı bir şeylər hazırlayırlar.»
Eyni zamanda, nəşr qeyd edir ki, Bayden Cenevrədə «sərt danışmağı» planlaşdırsa da, məqsədi gərginliyi azaltmaq və hər iki tərəf üçün proqnozlaşdırıla bilər.


Aprel ayının ortalarında Putin və Bayden arasında telefon danışığı oldu, bu görüşdə ABŞ prezidenti şəxsən görüşməyi və Moskva ilə Vaşinqton arasındakı münasibətləri müzakirə etməyi təklif etdi.

Rusiya tərəfi də buna razı oldu. Nəticədə Cenevrə, dövlət başçılarının görüş yeri olaraq seçildi. Sammitin 16 iyunda keçirilməsi planlaşdırılır. Görüşməyi təklif etməzdən öncə Bayden Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etmişdi.

Hazırladı: Nurlan Məmmədli

Bu xəbəri paylaşın: