AVMVİB iki şəhid anasının yubileyində

İki şəhid Valeh və Saleh Əliyevin anası Dürnisə Əliyevanın 75 illik yubileyində Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Yasamal və Zəngilan rayon şöbələri üzvləri iştirak edib.

«AVMVİB 25 il» Xatirə medalı və Fəxri fərman Dürnisə Əliyevaya təqdim olunub.

Tədbirdə AVMVİB Yasamal rayon şöbəsinin sədri Salman Hüseynov və AVMVİB Zəngilan rayon şöbəsinin sədri Azad Musayev çıxış ediblər.

Mərasimdə AVMVİB-nin şöbə müdiri Şahin Ağayev iştirak edib və AVMVİB adından Fəxri fərmanı şəhid anası Dürnisə Əliyevaya təqdim edib.

Allah şəhidlərimizə rəhmət eləsin!

Elnur Səlim

Bu xəbəri paylaşın:
  • 73
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •