Bayden və Makron Ərdoğanla görüşlərin nəticələrini açıqladılar

ABŞ və Fransa prezidentləri Djo Bayden və Emmanuel Makron, Brüsseldə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşlərini yekunlaşdırdılar. NATO çərçivəsində Ərdoğanla görüşdükdən sonra Makron, müzakirənin yaxşı bir atmosferdə keçdiyini söylədi. Eyni zamanda, Makronun əvvəlki “islamafob” təhqiramiz açıqlamaları onun nəzərinə çatdırılmışdır. Makron öz növbəsində heç də islama təhqir etmək fikrindən uzaq olduğunu və onun söylədiklərinin yanlış başa düşüldüyünü qeyd etmişdir.

Öz növbəsində Yelisey Sarayı, hər iki ölkənin prezidentlərinin NATO qarşısında götürdükləri öhdəlikləri və Suriya və Liviyadakı vəziyyəti müzakirə etdikləri barədə məlumat verdi.

ABŞ Prezidenti Djo Bayden, türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşü konstruktiv adlandırdı. “Müsbət və məhsuldar bir görüş keçirdik. İki ölkənin böyük planları var. Komandalarımız müzakirələrə davam edəcəklər. Əminəm ki, Türkiyə ilə münasibətlərdə həqiqi irəliləyiş əldə edəcəyik ”dedi.

Əvvəlki yazılarımızda qeyd etmişdik ki, Cənubi Qafqazı Rusiyanın təsirindən çıxarmaq üçün real namizəd NATO-nu üzvü və reqionun ən nüfuzlu ölkəsi Türkiyədir . NATO dövlətləri Rusiyanın aqressiv hərəkətlərindən və təhdidindən qorxaraq onu dəstəkləyəcəklər. Həqiqətən də, bu layihə həyata keçirilsə, Cənubi Qafqaz ölkələrinin milli təhlükəsizliyinə təhdidlər aradan qaldırılar, reqional iqtisadi əməkdaşlığa stimul yaranır və Rusiya-Ermənistan tandeminin bölgədə pozuculuq, işğalçılıq niyyətlərinin qarşısı alınar.

Qurban Vahidov

Tədqiqatçı-analitik

Bu xəbəri paylaşın:
  •  
  •  
  •  
  • 1
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •