TƏBRİK: POLKOVNİK-LEYTENANT QAFQAZ HƏSƏNOV-52

AVMVİB Rəhbərliyi, Fedai.az kollektivi və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin müavini polkovnik Salman Musayev, polkovnik-leytenant Qafqaz Həsənovu ad günü münasibətiylə ürəkdən təbrik edir, həyatında insan üçün ən şirin, nemət olan möhkəm can sağlığı və həyat yollarında bitib-tükənməyən naliyyətlər arzulayır.

Qoy yaşının üstə gələn bu yaş, ona sevinc dolu günlər bəxş etsin. Amin …

Polkovnik-leytenant Həsənov Qafqaz Qafar oğlu 16 iyun 1969-cu ildə Gürcüstan Respublikası Bolnisi şəhərində fəhlə ailəsində anadan olub. Qafqaz Həsənov Ali Hərbi Məktəbi bitirdikdən sonra o, 1991-1996-cı illərdə Kirov Vilayətində yol-tikinti alayında tağımın və bölüyün komandiri vəzifəsində xidmət edib.

Ehtiyyatda olan polkovnik-leytenant Qafqaz Həsənov 1987-ci ildə Gürcüstan Respublikasının Bolnisi şəhər 3 saylı orta məktəbini, 1991-ci ildə isə Tümen şəhərində Ali Hərbi Mühəndis komandirlər məktəbini bitirib.

Ehtiyyatda olan polkovnik-leytenant Qafqaz Həsənov “əldə və sənayədə hazırlanmış partlayıcı qurguların” zərərsizləşdirilməsi ixtisası üzrə Amerika Birləşmiş Ştatların Luiziana və Virciniya ştatlarında, Türkiyənin Ankara şəhərində “partlayıcı qurğuların zərəsizləşdirilməsi üçün robortların idarə olunması” üzrə ixtisas artırma kurslarını bitirib.

O, 1997-1999-cu illərdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin Döyüş Hazırlığı idarəsində Mühəndis xidmətində Baş Zabit və Mühəndis xidməti rəisi, 2000-2009-cu illərdə isə DQBİ-nin Qərərgahında Mühəndis Xidmətinin rəisi olub.

Ehtiyyatda olan polkovnik-leytenant Qafqaz Həsənov Dövlətə, Xalqa sədaqətlə xidmət etmişdir. O Daxili Qoşunların Baş İdarəsində xidmət edərkən bir çox komissiyaların və məqsədli qrupların tərkibində olarkən səmərəli fəaliyyəti ilə, işgüzarlıq və mənəvi keyfiyyəti ilə, təşkilatçılıq bacarığı ilə, nəzəri və praktiki biliyi ilə Daxili Qoşunların Komandanlığında daimi diqqət mərkəzində olmuşdur.

Həsənov Qafqaz Qafar oğlu, peşəkarlığı, humanistliyi və səmərəliliyi ilə seçilən ən məhsuldar dövrünün 33 illik şərəfli xidmət yolunun, 22 ilini hərbi xidmətdə, 11 ilini isə “Azərsu” Açıq Səhmdar Cəmiyətində keçirmişdir.

Qafqaz Həsənovun səmərəli və məqsədyönlü fəaliyyəti həmişə Daxili Qoşunların Komandanlığı tərəfindən yüksək qiymətləndirilərək, Azərabaycan Respublikası Prezidentinin, Daxili İşlər Nazirinin və Daxili Qoşunlar Komandanının müvafiq əmirləri ilə, Xidmətdə fərqləndiyinə görə müvafiq medallarla və “Fəxri Fərmanla” mükafatlandırılıb.

Qafqaz Həsənov Daxili Qoşunlara həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində, cinayətkarlığa qarşı mübarizədə, ictimai asayişin qorunmasında, ictimai təhlükəsizliyin təmin edilməsində, Mühəndis və Silahlandırma xidmətinə aid qəflətən qarşıya çıxan tapşırıqların icrası ilə əlaqədər üzərinə düşən vəzifələrin yerinə yetirilməsinə məsuliyyətlə yanaşıb.

Polkovnik-leytenant Qafqaz Həsənov muasir tələblərə uyğun Daxili Qoşunlarda mühəndis xidməti üzrə maddi-texniki tədris bazanın, hüquq-normativ sənədlərin müvafiq proqramların və metodiki vəsaitlərin hazırlanmasında bir peşakar və zəhmətkeş Baş Zabit kimi rolu olub.

O hal-hazırda “Azərsu” Açıq Səhmdar Cəmiyətinin Bakı Sukanal idarəsində Mülki müdafiə və rejimlərə nəzarət şöbəsinin rəisi vəzifəsində işləyir.

Dərin hörmətlə, Azərbaycan Vətən Müharibəsi Veteranların İctimai Birliyinin sədr muavini polkovnik Salman Musayev

Bu xəbəri paylaşın: