Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Rəhbərliyi 44 günlük Vətən müharibəsi günlərində Ordumuzun, döyüşçülərin və şəhid ailələrinin yanında olan vətənpərvər insanları unutmur.
Belə vətənpərvər soydaşlarımızdan olan Anar Malik oğlu Həbibov AVMVİB-nin fəxri üzvüllüyünə qəbul edilib və onun göstərdiyi fəaliyyət təqdir edilərək, Fəxri fərman və Xatirə medalı ilə təltif edilib.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədri Füzuli Rzaquliyev Anar Həbibovu təbrik edərək, bildirdi ki, biz vətənpərvər insanlarımızı daim unutmamağa, onların əməllərinə qiymət verməyə çalışırıq. Yüzlərlə soydaşımız bu müharibədə öz Vətən sevgilərini əməl olaraq sübut etdilər. Onların hər birini biz özümüzünkü sayırıq.
Mərasimdə AVMVİB sədrinin I müavini Kamil Şirinov, AVMVİB sədrinin müavini Vahid Abdurəhmanov və NTK sədri Niyazi Quliyev iştirak edirdilər.
Təbrik edirik.
Elnur Səlim



