Biləsuvarlı veteranlar qazilərə yardım ediblər

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Biləsuvar rayon şöbəsi rəhbərliyi və üzvləri, Biləsuvar rayon Ağsaqqallar Şurası ilə birgə 15 İyun Qurtuluş günü münasibətiylə Vətən müharibəsi qazilərinə taxıl paylayıblar.

Bu barədə sayta Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Biləsuvar rayon şöbəsinin sədri Qurban Qurbanov məlumat verib.

Öncə şəhidlərimizin xatirəsi yad edilib. Daha sonra isə Biləsuvarlı qazilərə 8 kisə taxıl məhsulu verilib. Q. Qurbanovun dediyinə görə, bu cür yardımların gələcəkdə də davam etdirilməsi nəzərdə tutulub.

Bu xəbəri paylaşın: