Ərdoğanın Azərbaycanla bağlı möhtəşəm paylaşımı: “Bu, qəlbin zəfəridir”…

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rəsmi Facebook səhifəsində Azərbaycanla bağlı video paylaşıb.

Videoda Türkiyə liderinin Azərbaycana səfərindən kadrlar yer alıb.

“Qarabağ qələbəsinin Azərbaycana, Qafqaza və dünyaya gətirəcəyi faydaların dəyəri zaman keçdikcə daha yaxşı anlaşılacaq. Çünki bu, dağıdıcılığın yox, inşanın, zülmün yox, ədalətin, kobudluğun yox, kübarlığın, müharibənin yox, sülhün, qanın yox, qəlbin zəfəridir”, — Ərdoğan sosial şəbəkədəki qeydində bildirib.

Video görüntünü təqdim edirik:

Bu xəbəri paylaşın: