(MÜDAFIƏ NAZİRİNƏ GÖNDƏRİLƏN TELEQRAMDA YAZILANLAR )
General-mayor Həbib bəy Səlimovun 1920-ci il martın 29-da Hərbiyyə (Müdafiə) Nazirliyinə göndərdiyi raportdan:
— Bu gün saat 13-də Xanabadın ucqarı bizim partizanlar tərəfindən alındı. Bakı alayı sıldırım qayalara Daşbaşı yüksəkliyinə yanaşdı. Podpolkovnik Nəbibəyov ermənilərin təqib edilməsinə uymasaydı və mövqeləri dəyişməsəydi, alayın həmləsi daha uğurlu olardı. Sol cinahda ermənilər Əsgəranda ələ keçirdikləri iki pulemyotla əks həmləyə keçdilər. Onları Xanabaddan vurub çıxartmağa və qaçmağa məcbur etdik.
Artilleriya əla atırdı, xüsusən podpolkovnik Bəhram bəy Nəbibəyovun batareyası, ancaq təəssüf ki, batareya komandiri özünü cilovlaya bilmir və batareya ilə birlikdə döyüşə atılır.
Qoşunların əhval-ruhiyyəsi əladır, düşmən çoxlu itgi verib, təkcə Xaraşurtda 60-dək erməni meyidi var.
General Həbib bəy Səlimov.
Şuşa 10 aprel 1920-ci il
Podpolkovnik Bəhram bəy Nəbibəyovun üçüncü batareyasının topları aramsız döyüşlər apardığına görə tamamilə yararsız hala düşmüşdür. Yaxşı olar ki, onlar 1902-ci il nümunəli porşenli toplarla əvəz olunsun. Əlavə batareya qüvvəsi göndərməyinizi xahiş edirəm.

Qeyd: Fotodakı şəxs Bəhram bəy Nəbibəyovdur.
Difai Təşkilatı
