Xocavəndli müharibə veteranları daha bir şəhidimizin Ad gününü qeyd ediblər.
Bu barıdə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin səlahiyyətli nümayəndəsi, AVMVİB Xocavənd rayon şöbəsinin sədri Akif Həsənov məlumat verib. Xocəvənd rayonunda şəhid Zülfü Rəhim oğlu Qədimovun doğum günü münasibətiylə şəhidin məzarını ziyarət edilib.
Ad günü münasibətiylə keçirilən mərasimdə AVMVİB sədri Füzuli Rzaquliyevin adından şəhid anası AVMVİB-nin Fəxri Fərmanıyla təltif olunub.
Mərasimdə AVMVİB Xocəvənd rayon şöbəsinin sədri Akif Həsənov, AVMVİB Beyləqan rayon şöbəsi sədrinin müavini Əlövsət Məmmədov, müharibə veteranları və şəhid ailələri iştirak ediblər.
Şəhidlər ölməz, Vətən bölünməz!
Türkay Xaqan




