Düşmən Şuşa zərbəsinin şokundan çıxa bilmir…

«Biz Şuşanın ən vacib istiqamətində mövqe qurmuşduq. Daşaltıda idik. Təqribən 80 90 idik. Bizə deyilmişdi ki, Azərlər gəlsə bizim tanklar yuksəkliklərdən onları vuracaq. Axşamadək gözlədik. Bilirdik ki, yaxındadırlar, amma dəqiq yerlərini bilmirdik. Biz onları üzbəüz istiqamətdə gözləyirdik. Onlar sağdan gəldilər. Oradan bizim mövqeyə qalxmaq mümkünsüz idi. Hər yer dağlıq qayalıq idi irəliləmək mümkünsüzdür.

Ona görə də, sağımızı nəzarətə götürməmişdik. Gecə düşdü gəldilər.Yeddi nəfərlə gəldilər. 62 əsgərimiz həmin döyüşdə həlak oldu. Gözümüzü aça bilmədik. Çox səssiz yaxınlaşmışdılar. Atəşin haradan aparıldığını 10 dəqiqə sonra təyin edə bildik.

Snayper qoymuşdular uzaqda. Bir-bir bizim əsgərləri vururdu. Başa düşdük ki, hamımız öləcəyik. Yeddi nəfərə qarşı döyüşə bilmədik. Ərazidən çıxdıq. Mən oradan qayalardan düşəndə zədələndim. Saatlarla hurşsiz vəziyyətdə qalmışdım. Ayılanda yanımda heç kim yox idi. Nə öz əsgərlərimiz nə də, Azərlər. Öz əsgərlərimiz məni atıb getmişdilər. Azərlər isə artıq başqa mövqeyə doğru getmişdilər.»

Qalanews xəbər verir ki, bu sözləri Armenian News-a müsahibəsində erməni ordusunun zabiti Artur Ovanisyan söyləyib.

O qeyd edib ki, müharibə bitəndən sonra dövlət döyüşçülərə və yaralılara, həlak olanların ailələrinə yardım etməkdən boyun qaçırır.

«Axı biz Ermənistan üçün vuruşmuşuq. Mən də evimdə oturub gizlənə bilərdim. Müharibəyə göndərəndə deyirdilər ki, qəhrəmansınız. Amma indi heç üzümüzə də baxmaq istəmirlər» — deyə o bildirib.

Bu xəbəri paylaşın: