İranda Əliyevlə Ərdoğana da səs veriblər

İrandakı prezident seçkilərində Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana da səs verilib.

Seçicilər bülletenlərin üzərinə İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın adlarını yazıblar.

Qeyd edək ki, 18 iyunda İranda keçirilən prezident seçkilərində İbrahim Rəisi 17,8 milyon səslə qalib gəlib.

Mənbə: Axar.az

Bu xəbəri paylaşın: