Putin Paşinyanı Ermənistanda keçirilən parlament seçkilərində qalib gəlməsi münasibətilə təbrik etdi.
Kremlin mətbuat xidmətinin verdiyi məlumata əsasən Rusiya prezidenti Vladimir Putin Ermənistan baş naziri Nikol Paşinyanla telefon danışığı aparıb.
Söhbət əsnasında Rusiya lideri Paşinyanı növbədənkənar parlament seçkilərində “Vətəndaş müqaviləsi” partiyasının qələbəsi münasibətilə təbrik etdi və respublikanın yeni hökumətinin qurulmasında uğurlar dilədi.
Tərəflərin iki ölkənin müttəfiqlik münasibətlərini hərtərəfli gücləndirmək üçün qarşılıqlı mövqelərini təsdiqlədiklərinə aydınlıq gətirib.
