Rusiya Prezidenti Vladimir Putinlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı baş tutub.
Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Telefon danışığı zamanı tərəflər Qarabağdakı vəziyyəti müzakirə ediblər.
Qeyd edək ki, ötən gün Prezident İlham Əliyev Rusiya liderinə zəng etmişdi, bu gün isə Putin Paşinyanla telefon əlaqəsi saxlayıb.
