Azərbaycan Vətən Müharibəsi Veteranların İctimai Birliyi (AVMVİB) Rəhbərliyi, Fədai.az kollektivi və Azərbaycan Vətən Müharibəsi Veteranların İctimai Birliyinin sədr muavini polkovnik Salman Musayev, Silahlı Qüvvələr və Müharibə Veteranı, ehtiyyatda olan polkovnik leytenant Abdullayev Fuad Yolçu oğlunu, doğum günü münasibəti ilə səmimi qəlbdən təbrik edir, həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı və həyat yollarında bitib-tükənməyən nailiyyətlər arzulayır. Qoy yaşının üstə gələn bu yaş, ona sevinc dolu günlər bəxş etsin.
Ehtiyyatda olan polkovnik-leytenant Abdullayev Fuad Yolçu oğlu 25.06.1966-cı il tarixdə Bakı şəhərində anadan olub (Əslən Tovuz rayonundandır). O 1984-cü ildə orta məktəbi , 1989-cu ildə isə Riyazan Ali Hərbi Avtomobil mühəndislər məktəbini bitirib.
F. Abdullayev 1989-1990-cı illərdə Tallin şəhərində müxtəlif vəzifələrdə, 1991-1992-ci illərdə Müdafiə Nazirliyinin Şıxovda yerləşən hərbi hissəsində, hərbi hissə komandirinin texniki hissə üzrə müavini vəzifəsində xidmət edib.
Silahlı Qüvvələr və Müharibə Veteran F. Abdullayev 1992-ci ilin fevral ayından 2013-cü ilin sonuna kimi, Daxili Qoşunların Baş İdarəsinin Binəqədi , Xətai və Füzuli rayonlarında yerləşən hərbi hissələrində taqım və tabor komandiri, DQBİ-nin Binəqədi rayonunda və Şirvan rayonunda (keçmiş Əlibayramlı) şəhərində yerləşən hərbi hissələrdə avtomobil və zirehli texnika üzrə xidmət rəisi, Ədliyyə Nazirliyinin mühafizə (konvoy) alayında və DİN-in DQBİ-nin Nərimanov rayonunda yerləşən hərbi hissələrində, alay komandirinin MTT xidmətləri üzrə müavini, DQBİ-nin MTT idarəsində isə avtomobil zirehli texnika şöbəsində baş zabit vəzifələrində xidmət edib.
Polkovnik-leytenant Abdullayev Fuad Yolçu oğlu Azərbaycanın ərazi bütövlüyü uğrunda Qubadlı, Zəngilan, Ağdam və Füzuli rayonları istiqamətində gedən döyüşlərdə iştirak edib. Daxili Qoşunların ilk dəfə döyüş bölgəsinə ezam olunan hərbi qulluqçulardan biri olub.
F. Abdullayev peşəkarlığı, humanistliyi və səmərəliliyi ilə seçilən ən məhsuldar dövrünün 29 illik şərəfli xidmət yolunu hərbi xidmətdə keçirmişdir.
Polkovnik leytenant Abdullayev Fuad Yolçu oğlu, Dövlətə, Xalqa sədaqətlə xidmət etmişdir. O, Daxili Qoşunların hərbi hissələrində xidmət edərkən, bir çox komissiyaların tərkibində olarkən səmərəli fəaliyyəti ilə, işgüzarlıq və mənəvi keyfiyyəti ilə, təşkilatçılıq bacarığı ilə, nəzəri və praktiki biliyi ilə Daxili Qoşunların Komandanlığının daimi diqqət mərkəzində olmuşdur.
Fuad Abdullayev Daxili Qoşunlara və xidmət etdiyi hərbi hissəyə həvalə etdilmiş vəzifələrin yerinə yetirilməsində, cinayətkarlığa qarşı mübarizədə, ictimai qaydanın qorunmasında, ictimai təhlükəsizliyin təmin edilməsində, Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə üzərinə düşən vəzifələrin layiqincə yerinə yetirilməsinə çalışıb.
Onun səmərəli və məqsədyönlü fəaliyyəti həmişə Daxili İşlər Nazirliyi və Daxili Qoşunların Komandanlığı tərəfindən yüksək qiymətləndirilib. Daxili İşlər Nazirinin və Daxili Qoşunlar Komandanının müvafiq əmirləri ilə, Xidmətdə fərqləndiyinə görə müvafiq medallarla və “Fəxri Fərmanla” mükafatlandırılıb.
Azərbaycan Vətən Müharibəsi Veteranlar İctimai Birliyinin və Azərbaycan Respublikası müharibə Silahlı Qüvvələr veteranları təşkilatının təsis etdiyi medal və döş nişanı ilə təltif edilib.
Hal- hazırda Binəqədi rayon üzrə Azərbaycan Respublikası Müharibə və Silahlı Qüvvələr Veteranları təşkilatının sədr müavini vəzifəsini yerinə yetirir.
Dərin hörmətlə, Azərbaycan Vətən Müharibəsi Veteranlar İctimai Birliyinin sədr müavini, Polkovnik Salman Musayev











