Çanaqqala savaşında yaralı əsgərlərin ən çox ehtiyacı olan şey «morfin» idi.
Həkimlər yaralı əsgərlərə ağrı kəsici tapmaqda çətinlik çəkirdilər. Xəstələrin əməliyyatı üçün hazırlanan çadırın qarşısında masa qoyulmuşdu. Xərək ilə gələn hər yaralı burada masaya qoyulurdu. Həkim ilk müayinəni edir və yaşamaq dəyəri yüksək olan, əməliyyat olunarsa yaşayacağına inandıqları əsgərlərə ağrıkəsici vurulurdu.

Halbuki gələn hər yaralının ağrı kəsiciyə ehtiyacı var idi. Lakin hərkəsə çatacaq qədər ağrıkəsici yox idi. Həkim hisslərlə qərar verməmək üçün yaralıların üzünə baxmırdı və sağalma şansı yüksək olan yaralılara ağrı kəsici vururdu.
Yenə həkimin qarşısına bir əsgər gətirildi. Yaralının ağır yaralarına baxan həkim əsgərin sağalmayacağını və ona ağrı kəsici vurulmayacağını dedi. Həmin sırada əsgərdən iniltili bir səs eşidildi: «Ata!»
Hər kəsin gözü həkimdə idi yaralar içində qıvranan əsgər həkimin öz oğlu idi. Həkim buna baxmayaraq yenə də ağrı kəsicini oğluna vurmadı və bir neçə saat sonra oğlu Şəhid oldu.
Həkim, Şəhid olan oğlunun cansız bədənini qucaqlayaraq belə deyib: «Oğlum, məni nə olur, əfv et, oğlum, babanı bağışla, onu sənə yapamazdım. Bağışla məni oğlum, o sənin haqqın deyildi»…
Həmin həkim Tarık Nüsret idi.
Bax o torpaqlar haqqı olmadığı üçün tək bir ağrıkəsicini oğlundan əsirgəyən o gözəl insanlar tərəfindən qorunub saxlanıldı. Vətən torpağı bütün mənfəətlərdən üstün olarsa qorunar!
Sonda öz fikrimi bildirmək isdəyirəm!
44 günlük Müharibədə ön və arxa cəbhədə görsənməyən və sonda saxda tərifnamələr almış insanlar tək olduqda öz vicdanlarına hesab versinlər…
Alıntı: İsmixan Həsənov *(Fb)
