QƏHRƏMANLARIMIZI TANIYAQ VƏ TANIDAQ

«Böyük Vətən müharibəsi — 2020». Şəhid əsgər Hacıyev Ülvi Şirin oğlu.

13.11.1994-cü il Baki səhərində dogulub. Suraxani rayonu Qaracuxur qəsəbəsindəki 141 N-li lisceydə oxuyub.

26 yaşlı Şəhidimiz Azərbaycan İqtisad Universitetinin bakalavr və magistratura pilləsini bitirib, Milli Ordu sıralarında hərbi xidmət keçib.

Dövlət Gömrük Komitəsi «Azərterminalkompleks» Birliyinin əməkdaşıdır. Qərb Ərazi Baş Gömrük İdarəsinin «Qırmızı Körpü» gömrük postunda xidmət edib. Ülvini tanıyanlar haqqında danışmağa doymurlar. Onun əxlaqı, tərbiyyəsi, mədəniyyəti sözün əsl mənasında dillərə dastandır.

Döyüşlər başlayan zaman könüllü olaraq cəbhəyə yollanıb, Vətən müharibəsinin Füzuli cəbhəsində gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhid olub.

50 gün axtarışlardan sonra şəhid olduğu bildirildi. Şəhid Ülvi Şirin oğlu Hacıyev ölümündən sonra prezident İlham Əliyev tərəfindən «Vətən Uğrunda» medalı ilə təltif olunmuşdur.

ALLAH RƏHMƏT ELƏSİN, RUHU ŞAD, MƏKANI CƏNNƏT OLSUN!

Leyla Həsənova

Bu xəbəri paylaşın: